Mətbuat Şurası

Mətbuat Şurası hüquq mühafizə orqanlarına müraciət etdi: Konkret tədbir görün

150
(Yenilənib 11:43 19.11.2017)
"İctimai qınaq gözlənilən nəticəni vermir"

BAKI, 18 noyabr — Sputnik. Mətbuat Şurası (MŞ), adları qurumun "qara siyahı"sına daxil edilmiş mətbuat orqanları və internet saytları ilə bağlı müvafiq dövlət orqanlarına müraciət ünvanlayb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə MŞ özü məlumat yayıb.

Bildirilir ki, "reket" fəaliyyəti ilə məşğul olan KİV-lərlə bağlı MŞ-nin həyata keçirdiyi məqsədyönlü tədbirlər və əldə edilən nəticələrə baxmayaraq, ölkənin informasiya məkanında hələ də sui-istifadə halları qalmaqdadır: "Şura bu tipli neqativ halları, konkret olaraq cəmiyyətin müxtəlif təbəqələrinin, ayrı-ayrı vətəndaşların, biznes subyektlərinin, dövlət orqanları nümayəndələrinin haqlı narazılığına səbəb olmuş KİV-lərin fəaliyyətini daim nəzarətdə saxlayır, onların barəsində daxil olmuş müraciətləri ətraflı və obyektiv şəkildə araşdırır və müvafiq qərarlar qəbul edir".

"Bununla yanaşı etiraf edilməlidir ki, peşə prinsiplərinə laqeyd yanaşan, qanunun tələblərini pozan, müvafiq tövsiyə və iradlara məhəl qoymayan KİV-lərlə bağlı qəbul olunmuş qərarlar ictimai qınaq xarakteri daşıdığına görə, bir çox hallarda gözlənilən nəticəni vermir. Mətbuat Şurasının İdarə Heyəti yaranmış vəziyyəti müzakirə edərək, barəsində qərar qəbul olunmuş və adları "qara siyahı"ya daxil edilmiş KİV-lərlə bağlı tədbir görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət edib".

150
Teqlər:
reket jurnalist, , "qara siyahı", sayt, Mətbuat Şurası, KİV
Əlaqədar
Bakıda reket jurnalistlər rüşvət aldıqları yerdə tutuldular
Ağabəy Əsgərov: “Azərbaycan” Nəşriyyatında "reket" jurnalist yoxdur
DTX "reket jurnalist" şəbəkəsini ifşa edib
İşbaz QHT-çilər və reket jurnalistlər Prezident Aparatının diqqətindədir
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

5
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

5
Danimarka yığmasının yarımmüdafiəçisi Kristian Erikssen və Finlandiya millisinin havbeki Qlen Kamara AVRO-2020 matçında

Kristian Erikssen AVRO-2020-də Finlandiya ilə Danimarka oyununun ən yaxşısı seçildi

124
(Yenilənib 00:28 13.06.2021)
Avropa çempionatının təşkilat komitəsi oyun zamanı huşunu itirən futbolçunu dəstəkləmək qərarına gəlib.

Danimarkalı yarımmüdafiəçi Kristian Erikssen futbol üzrə Avropa çempionatının Finlandiya ilə Danimarka arasında keçirilən oyununun ən yaxşı futbolçusu seçilib. Bu barədə UEFA-nın saytında bildirilir.

Rusiya millisinin B qrupundakı rəqiblərinin oyunu şənbə günü Kopenhagendə başlayıb və 1:0 hesabı ilə finlərin xeyrinə başa çatlb.

Birinci taymın lap sonunda danimarkalıların yarımmüdafiəçisi Kristian Erikssen meydançada huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra 29 yaşlı futbolçunu pərdəli xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.

Bir qədər sonra UEFA bəyan edib ki, oyunçu klinikadadır, özünə gəlib, vəziyyəti sabitdir. Matç təxminən iki saat sonra, Bakı vaxtı ilə 22:30-da davam etdirilib.

124