Silahlı Qüvvələrin Hərbi Akademiyasında təkmilləşdirmə və ingilis dili kurslarının növbəti buraxılışı keçirilib

Kursantlarımızın növbəti buraxılışı olub

50
(Yenilənib 12:11 18.11.2017)
Silahlı Qüvvələrin Hərbi Akademiyasında təkmilləşdirmə və ingilis dili kurslarının növbəti buraxılışı keçirilib

BAKI, 18 noyabr — Sputnik. Silahlı Qüvvələrin Hərbi Akademiyasının təkmilləşdirmə və ingilis dili kurslarının növbəti buraxılışı keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Buraxılış mərasimlərində ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev çıxış edərək məzunları təbrik edib və onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə akademiyanın professor-müəllim heyəti ilə yanaşı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki hərbi attaşesi polkovnik Adam Kavlik də iştirak edib. Kursu bitirənlərə diplom və sertifikatlar təqdim olunub. Sonda məzunlarla xatirə şəkilləri çəkilib.

50
Teqlər:
buraxılış, Silahlı Qüvvələrin Hərbi Akademiyası, kurs, Silahlı Qüvvələr
Əlaqədar
Təhsil alanlara hərbi xidmətdən möhlət hüququ veriləcək
Əfqan hərbçilər yenidən Azərbaycanda - Rəsmi
Hərbi təhsil müəssisələrində monitorinq keçirilib
Hərbçilərimiz arasında çempionat keçirilib
OPEC-in loqosu, arxiv şəkli

“OPEC+” nazirlərinin iclasının vaxtı dəyişib

0
(Yenilənib 16:32 01.12.2020)
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur

BAKI, 1 dekabr — Sputnik. Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan "OPEC plus" ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən "Əməkdaşlıq Bəyannaməsi"ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.

0
Teqlər:
nazirlər, OPEC, Müzakirələr
Notebook-la oynayan kişi, arxiv şəkli

Bu qurum vətəndaş müraciətlərini sosial səhifələr vasitəsilə cavablandıracaq

3
Vətəndaşlar həmin səhifələr vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və digər sosial təminat növləri üzrə ödənişlər, sosial sığorta məsələləri, fərdi uçot və s. aid suallarını DSMF-yə ünvanlaya bilərlər

 

BAKI, 1 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabrın 1-dən vətəndaş müraciətlərini özünün yeni fəaliyyətə başlayan facebook, instagram, telegram və twitter sosial səhifələri vasitəsilə də cavablandıracaq. Bu barədə Sputnik Azərbaycan-a DSMF-dan məlumat verilib. Qeyd olunub ki, vətəndaşlar həmin səhifələr:

www.facebook.com/dsmf.sosial.gov.az/

www.instagram.com/dsmf.sosial.gov.az/

t.me/dsmfsosialgovaz

twitter.com/dsmfsosialgovaz

vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və digər sosial təminat növləri üzrə ödənişlər, sosial sığorta məsələləri, fərdi uçot və s. aid suallarını DSMF-yə ünvanlaya bilərlər.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun şəkildə izahatlar veriləcək. Araşdırma tələb edən müraciətlər isə müvafiq qaydada baxılaraq nəticəsinə uyğun tədbirlər görüləcək və müraciət edən vətəndaşlar bu barədə məlumatlandırılacaq. Sosial şəbəkə səhiflərində DSMF-nin fəaliyyəti, bu sahədəki yeniliklər də ictimaiyyətə təqdim ediləcək.

3
Teqlər:
sosial şəbəkə, Əmək və əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu