Nazirlik nəticələri açıqlayıb

CC BY 2.0 / shankar s. / Kura river Река Кура, фото из архива
Река Кура, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xəbər var

BAKI, 17 noyabr — Sputnik. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-150, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında 50-130, Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edir. Bu barədə Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir.

Tranzit çaylarda hazırki vəziyyət

Noyabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 177 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 210 m3/s olmaqla ongünlük normanın 119 faizini təşkil edib.

Lerikdə sel - Sputnik Azərbaycan
Çay yataqlarına yaxın ərazilərdə yaşayanlara xəbərdarlıq

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində azalma müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 39,5 m3/s olmaqla, ongünlük normanın 46 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 98 m3/s təşkil edərək ongünlük normanın 115 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Noyabrın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2, Salyanda 6, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Bankədə 5 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 m (2016-cı il noyabrın 17-də 440 sm), Şirvanda 251 sm, Salyanda 227 sm (2016-cı il noyabrın 17-də 300 sm), Bankədə 202 sm (2016-cı il noyabrın 17-də 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 sm (2016-cı il noyabrın 17-də 153 sm) təşkil edir.

Xəbər lenti
0