Azərbaycanın qapıları onların da üzünə bağlandı

© Sputnik / Hikmet Orhun"Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində vəziyyət
Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Qurumun "Çağrı mərkəzi"nə 9022 zəng daxil olub

BAKI, 15 noyabr — Sputnik. Oktyabr ayında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 51.505 müraciət daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Baku Expo Centre, выставка ADEX 2016 - Sputnik Azərbaycan
Ölkəmizə 104 əcnəbi şirkətin nümayəndələri gəlib

Bildirilib ki,təkcə oktyabr ayı ərzində komitəyə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 7.306 müraciət, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 2374 müraciət edilib.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1603 qərar qəbul edilib. Onlarda 242 –si Azərbaycan Respublikası ərazisində yaşamanın leqallaşdırılması ilə bağlı, 794 –ü ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 488 –i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı olub.

60 nəfərin isə Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə (şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) əsasən ölkə ərazisinə gəlişi məhdudlaşdırılıb. 19 nəfət isə Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə bağlı müraciət edib.

Qurumun "Çağrı mərkəzi"nə 9022 zəng daxil olub.

Xəbər lenti
0