Sputnik

Saat 14:00-a olan son xəbərlər - DİNLƏYİN

1103
(Yenilənib 13:58 08.11.2017)
Saatın ən son və aktual xəbərlərini təqdim edirik

Saat 14.00: Sputnik Azərbaycan saatın ən son və aktual xəbərlərini təqdim edir. Dinləyicilərimiz, ölkəmizdə və dünyada baş verən, siyasi, iqtisadi, sosial, mədəniyyət, idman və s. sahələri əhatə edən hadisələrdən operativ şəkildə xəbər tuta bilərlər.

1103
Teqlər:
xəbər noyabr, ən dəqiq xəbərlər, günün son xəbərləri, saatın son xəbərləri, ən dəqiq xəbər, xəbərlər, saatın xəbərləri, günün xəbərləri, günün əsas xəbərləri, saatın əsas xəbərləri, xəbər, Sputnik Azərbaycan, Sputnik, Azərbaycan xəbəri, Azərbaycan xəbərləri, sputnik.az
Ofisdə iş, arxiv şəkli

İşsizlər üçün gözlənilən sistem yaxın vaxtlarda istifadəyə veriləcək

0
(Yenilənib 20:50 23.04.2021)
Yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq ƏMAS ölkə üzrə bütün işəgötürənlər üçün funksional bir "ERP" formatını ehtiva edəcək.

BAKI, 23 aprel — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən rəqəmsal məşğulluğa keçid istiqamətində mühüm layihələrdən olan əmək münasibətləri və məşğulluq altsistemi (ƏMAS) yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq. Bu barədə nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Agentliyin sədri Mustafa Abbasbəyli qurumun fəaliyyət istiqamətləri və həyata keçirdiyi aktiv məşğuluq proqramları barədə məlumat verib. O, rəqəmsal məşğulluğa keçid və xidmətlərin elektronlaşdırılması istiqamətində icra olunan 8 layihəni qeyd edib. Bildirib ki, bunlar ƏMAS, ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, elektron əmək birjası və yarmarkası, həmçinin ictimai işlər portalıdır (works.gov.az).

Qeyd olunub ki, yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq ƏMAS ölkə üzrə bütün işəgötürənlər üçün funksional bir "ERP" formatını ehtiva edəcək. Əmək müqaviləsinin e-formada bağlanması, rəqəmsal kadr-uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində ƏMAS önəmli rol oynayacaq. Vakansiya bankının daha təkmil formalaşdırılması və xüsusi alqoritmlər vasitəsilə işəgötürən üçün işçi, işçi üçün isə işəgötürən seçimi təşkil ediləcək.

Daha sonra insan resursları üzrə məsul şəxslərin sualları cavablandırılıb, təklifləri dinlənilib.

0
İsrailin baş naziri Binyamin Netanyahu

Ukrayna İsrailə Rusiya ilə danışıqlarda vasitəçi olmağı təklif etdi

2
(Yenilənib 20:38 23.04.2021)
Ukraynanın İsraildəki səfiri əlavə edib ki, "Baş nazir "yox" deməyib, o bildirib ki, mümkün olan hər şeyi edəcək.

BAKI, 23 aprel — Sputnik. Ukrayna İsrailin Baş naziri Binyamin Netanyahuya Kiyev və Moskva arasında danışıqlarda vasitəçi olmağı təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk "I24news" telekanalına müsahibəsində bildirib.

"Biz artıq İsrail baş nazirindən bu ssenaridə mümkün vasitəçi kimi iştirak etməsini xahiş etmişik. Çünki Netanyahunun onların hər ikisi – Putin və Zelenski ilə yaxşı münasibətləri var", - deyə səfir qeyd edib.

O əlavə edib ki, "Baş nazir "yox" deməyib, o bildirib ki, mümkün olan hər şeyi edəcək: "Biz çox şadıq ki, Netanyahu bundan imtina etməyib. Əksinə, o, öz marağını və kömək etmək istəyini göstərdi".

2
Teqlər:
vasitəçilik, Rusiya, İsrail, Ukrayna