CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bakı Caz Festivalı” yüksək səviyyədə təşkil edilmişdi"

Abunə olmaq
Leyla Əfəndiyevanın fikrincə, festivalın nəticəsini Azərbaycan üçün uğurlu saymaq olar

BAKI, 7 noyabr — Sputnik. "Bakı Caz Festivalı” yüksək səviyyədə təşkil edilmişdi". Bunu noyabrın 7-də Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Bakı Caz festivalı"nın nəticələrinə həsr edilmiş tədbirdə festivalın direktoru Leyla Əfəndiyeva deyib.

O, qeyd edib ki, festivalda Azərbaycanı təmsil edən iştirakçılar uğurlu nəticələr əldə ediblər: "Festivalda dünyaca məşhur musiqiçilər iştirak edirdi. Onların bu festivalda iştirakı gənc musiqiçilərə çox böyük stimul verdi".

L. Əfəndiyevanın fikrincə, festivalın nəticəsini Azərbaycan üçün uğurlu saymaq olar: “Güclü iştirakçılar arasında Azərbaycanı da təmsil edən musiqiçilərin ilk yerləri tutması bizim Azərbaycanın uğurudur”.

Xəbər lenti
0