Tapanca

Türkiyədə azərbaycanlı öldürüldü

352
(Yenilənib 16:09 06.11.2017)
Faktla bağlı araşdırılma aparılır

BAKI, 6 noyabr — Sputnik. Türkiyədə Ardahan vilayətində azərbaycanlı qadın öldürülüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, azərbaycanlı qadın əyləncə mərkəzindəki otağında tapança ilə vurularaq öldürülüb.

Hadisə noyabrın 2-də Ardahandakı Qaradağ məhəlləsində baş verib. Silah səslərinə otağa daxil olan əyləncə mərkəzinin işçiləri, 26 yaşlı azərbaycanlı Aydan B.-nin vurulduğunun şahidi olublar. Aydan B.-nin cəsədi Qars Harakani Dövlət Xəstəxanasının morquna təhvil verilib.

Hadisə ilə bağlı 11 nəfər şübhəli şəxs qismində polis tərəfindən saxlanılıb. Gənc qadının vurulduğu tapança da ələ keçirilib.

Faktla bağlı araşdırılma aparılır.

352
Teqlər:
güllələnmə, morq, Qars Harakani Dövlət Xəstəxanası, azərbaycanlı qadın, Ardahan, Türkiyə
Əlaqədar
Gürcüstanda azərbaycanlı siyasətçi niyə güllələndi - Təfərrüatlar
"O Səs"-də şok hadisə: ər müğənni arvadını güllələdi
Gürcüstan DİN azərbaycanlıların güllələnməsi ilə bağlı məlumat yayıb
Gürcüstanda azərbaycanlı deputatlığa namizəd güllələndi
Polisin güllələnməsinədək dərinləşən olayın təfərrüatı və ilginc səbəbi

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

685
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

685
Artilleriya atəşi, arxiv şəkli

Ermənistanın daha bir hərbi obyekti darmadağın edildi - VİDEO

543
(Yenilənib 23:31 14.07.2020)
Dövlət sərhəddinin Tovuz istiqamətində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin intensiv atışması davam edir.

BAKI, 14 iyul — Sputnik. İyulun 14-də Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin daha bir hərbi obyekti - bölüyün dayaq məntəqəsi bölmələrimizin dəqiq zərbəsi ilə darmadağın edilib.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

543