Orada kofe və energetik içki içmək olmaz, qadağandır...

CC0 / cheetha80 / coffeeСотрудница предприятия демонстрирует различные методы приготовления кофе.
Сотрудница предприятия демонстрирует различные методы приготовления кофе. - Sputnik Azərbaycan
Abunə olmaq
BŞTİ-dən bildirilib ki, ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında satışı qadağan olunmuş məhsullara təsadüf edilmir

BAKI, 4 noyabr — Sputnik. "Məktəb bufetlərinə verilən yeməklər bütün məktəblərdə eyni deyil. Bir sıra məktəblərdə şagird və müəllimlərə isti yeməklər də təklif olunur". Sputnik Azərbaycan xəbər verir ki, bur barədə AzVision.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında iaşə xidməti Nazirlər Kabinetinin "Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında" Qərarına uyğun olaraq aparılır və nəzarətdə saxlanılır.

"Məktəb bufet və yeməkxanalarının fəaliyyətinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə bağlanmış müqavilə çərçivəsində iaşə xidməti göstərən müvafiq müəssisələr məsuliyyət daşıyır. Bununla belə, məktəb bufet və yeməkxanalarına nəzarət işi mütəmadi olaraq yerinə yetirilir. Məktəbin bufetinin sahəsi və maddi-texniki bazası imkan verdiyi halda isti yeməklər verilən təhsil müəssisələrinin sayı artırıla bilər".

BŞTİ-dən bildirilib ki, ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında satışı qadağan olunmuş məhsullara təsadüf edilmir.

Ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında satışı qadağan olunmuş məhsulların siyahısı:

© Photo : AZVİSİONƏlacə C
Əlacə C  - Sputnik Azərbaycan
Əlacə C
© Photo : AZVİSİONƏlacə C davamı
Əlacə C davamı - Sputnik Azərbaycan
Əlacə C davamı

 

Xəbər lenti
0