Sputnik studiya

Saat 16:00-a olan son xəbərlər - DİNLƏYİN

2163
(Yenilənib 15:56 03.11.2017)
Saatın ən son və aktual xəbərlərini təqdim edirik

Saat 16.00: Sputnik Azərbaycan saatın ən son və aktual xəbərlərini təqdim edir. Dinləyicilərimiz, ölkəmizdə və dünyada baş verən, siyasi, iqtisadi, sosial, mədəniyyət, idman və s. sahələri əhatə edən hadisələrdən operativ şəkildə xəbər tuta bilərlər.

Saat 14.00-a olan ən son və aktual xəbərlərini təqdim edirik.

Saat 12.00-a olan ən son və aktual xəbərlərini təqdim edirik.

2163
Teqlər:
xəbər noyabr, ən dəqiq xəbərlər, günün son xəbərləri, saatın son xəbərləri, ən dəqiq xəbər, xəbərlər, əsas xəbərlər, günün əsas xəbərləri, saatın əsas xəbərləri, Sputnik Azərbaycan, Sputnik, Azərbaycan xəbəri, Azərbaycan xəbərləri, sputnik.az
İspaniyada epdimioloji vəziyyət

İspaniyada ikinci koronavirus epidemiyası qaçılmazdır ekspert

15
"Bəlkə də bütün payız maska geyinmək lazım olacaq. Ciddi gigiyena qaydalarına, sosial məsafəyə riayət etməyə davam etmək lazımdır. İnsanlara izah etmək lazımdır ki, özlərini məsuliyyətli aparsınlar".

BAKI, 27 may — Sputnik. İspaniyada ikinci koronavirus epidemiyasının payızda baş verməsi demək olar ki, qaçılmazdır, lakin hökumətin ağır karantinin qarşısını almaq və problemi digər yollarla həll etmək üçün vaxtı var. Sputnik Azərbaycan xəbər verir ki, bunu Navarra Universitetinin mikrobioloqu Gilyermo Martinez de Texada RİA Novosti-yə bildirib.

"Bir çox mütəxəssislər inanırlar ki, epidemiya oktyabrda yenidən baş verəcək. Mən də bu fikirdəyəm. Çox güman ki, belə olacaq. Amma yüz faizlik əminlik ola bilməz. Onun birinci epidemiya kimi güclü olub-olmayacağı da aydın deyil", - Martinez de Texada deyib.

Onun sözlərinə görə, hazırda cənub yarımkürəsində payızdır və orada xəstələrin sayında kəskin artım baş verib.

"Bu qrip kimi mövsümi bir virusa oxşayır", - mikrobioloq deyib.

İspaniya hakimiyyət orqanlarının yeni dalğaya hazırlaşmaq üçün bir neçə ay vaxtı var, lakin ölkə çətin ki, mart-aprel aylarında olduğu kimi sərt karantin tətbiq etsin.

"Bu, çox ağır olardı. Cənubi Koreya və Tayvan bütün əhalini karantinə salmadılar. Onlar tez reaksiya verməyə imkan verən sistemləri tətbiq etdilər", - Martinez de Texada deyib.

O qeyd edib ki, hər halda, epidemiyanın ikinci dalğasına həm hakimiyyət, həm tibb işçiləri, həm də ölkə sakinləri martdakından daha hazırlıqlı olacaqlar.

"Bəlkə də bütün payız maska geyinmək lazım olacaq. Ciddi gigiyena qaydalarına, sosial məsafəyə riayət etməyə davam etmək lazımdır. İnsanlara izah etmək lazımdır ki, özlərini məsuliyyətli aparsınlar", - mikrobioloq əlavə edib.

Bununla yanaşı, o, ölkənin payız və qışda barları, mağazaları və s. yenidən bağlamaq məcburiyyətində qalacağını istisna etməyib.

15
Təcili tibbi yardım

Xəstəlikdən bezən 57 yaşlı kişi intihar etdi

33
Babayev subay olub və evində tək yaşayıb. Onun meyitini ilk görən qardaşı oğlu Hikmət Babayev dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 26 may - Sputnik. 57 yaşlı kişi qollarını doğrayaraq intihar edib. Hadisə Qubanın Mirzəməmməd kəndində baş verib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, 1963-cü il təvəllüdlü Edqar Xunbutan oğlu Babayev hər iki qolunun damarlarını doğrayıb. Mərhum qan itirməkdən dünyasını dəyişib. 

Quba rayon polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerində meyitə baxış keçirilib. 57 yaşlı Babayev nevroloji xəstəlikdən əziyyət çəkirmiş. O, 1985-ci ildən Quba rayon mərkəzi xəstəxanasının psixiatriya şöbəsində qeydiyyatda olub. İndiyə qədər dəfələrlə stasionar müalicə alan mərhum bu gün intihar edib.

Babayev subay olub və evində tək yaşayıb. Onun meyitini ilk görən qardaşı oğlu Hikmət Babayev dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.

33