CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncə sakini 18 milyonuncu oldu

© Photo : ASAN-in mətbuat xidməti“ASAN xidmət” mərkəzlərinə olan 18 000 000-cu müraciət
“ASAN xidmət” mərkəzlərinə olan 18 000 000-cu müraciət - Sputnik Azərbaycan
Abunə olmaq
"ASAN xidmət" mərkəzlərinə 18 milyonuncu müraciət qeydə alınıb

BAKI, 30 oktyabr — Sputnik. 61 yaşlı Gəncə sakini Salman Cəlilovun Gəncə "ASAN xidmət" mərkəzinə müraciəti, "ASAN xidmət" mərkəzlərinə olan 18 000 000-cu müraciət kimi qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a "ASAN xidmət" mərkəzindən məlumat verilib.

© Photo : ASAN-in mətbuat xidmətiGəncə sakini Salman Cəlilov
Gəncə sakini Salman Cəlilov - Sputnik Azərbaycan
Gəncə sakini Salman Cəlilov

Salman Cəlilov Daxili İşlər Nazirliyi (DİN) tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb. 18 milyonuncu vətəndaş müraciətinin sahibi Salman Cəlilov "ASAN xidmət" tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Xəbər lenti
0