Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar

Hərbi təhsil müəssisələrində monitorinq keçirilib

11
(Yenilənib 11:22 30.10.2017)
Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar

BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilinin birgə planına əsasən, Ombudsman aparatının nümayəndələri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Ombudsman təsisatı və təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönündə apardığı işlər" mövzusunda, həmçinin insan hüquqlarının qorunmasının vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçiriblər.

  • Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar
    Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar
    © AR Ministry of Defense

1 / 3
© AR Ministry of Defense
Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq zamanı aparatın əməkdaşları təhsil müəssisələrində şəxsi heyətin maddi, məişət şəraitləri, ərzaq, tibbi təminatı və tədrisin vəziyyətini yoxlayaraq, görülən işləri müsbət qiymətləndiriblər.

11
Teqlər:
ombudsman, Müdafiə Nazirliyi, Azərbaycan Respublikası, hərbi qulluqçular
Əlaqədar
Azərbaycan daha bir Avropa ölkəsi ilə hərbi sahədə əməkdaşlıq edəcək
Əcnəbilər Azərbaycanın hərbi bazasında
Azərbaycan hərbi dənizçiləri İrana çatıblar
ABŞ hərbi təyyarəsi qəzaya uğradı

Cəbhədə son durum: müxtəlif istiqamətlərdən atırlar

2
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub

BAKI, 4 iyun — Sputnik. Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

2
Əlaqədar
MN: "Bu hərəkətin qarşısı güc tətbiq edilməklə dərhal alınacaq"
Ermənistan ordusu yenə dinclik vermir
Ermənistanın bu addımı azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir - Tural Gəncəliyev
Qarabağın azərbaycanlı icması: Erməni icmasını dialoqa dəvət edirik
İnfeksiya bölməsi, arxiv şəkli

Gündəlik yoluxma göstəricisinə görə Azərbaycan İtaliyanı keçib

7
Son bir gündə virusdan ölənlərin sayı da 71 nəfər artaraq ümumilikdə 33 601 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri 160 938 xəstə sağalıb.

BAKI, 4 iyun - Sputnik. İtaliyada son sutka ərzində daha 321 nəfər koronavirus infeksiyasına yoluxub.

APA xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.

Məlumata görə, bu günədək ölkədə 233 836 nəfər infeksiyaya yoluxub.

Son bir gündə virusdan ölənlərin sayı da 71 nəfər artaraq ümumilikdə 33 601 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri 160 938 xəstə sağalıb.

Xatırladaq ki, dünən Azərbaycanda 325 nəfər koronavirusa yoluxub.

7
Mövzu:
Dünyanı cənginə almış bəla