"Google"un gəlirləri əhəmiyyətli dərəcədə artıb

© AFP 2023 / KIMIHIRO HOSHINOGoogle şirkətinin ABŞ-dakı mənzil-qərargahı
Google şirkətinin ABŞ-dakı mənzil-qərargahı - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın texnologiya nəhənglərindən "Google"un sahibi olan "Alphabet", "Microsoft" və "Amazon" şirkətlərinin gəlirləri artıb

BAKI, 27 oktyabr — Sputnik. ABŞ-ın texnologiya nəhənglərindən "Google"un sahibi olan "Alphabet" şirkəti, "Microsoft" şirkəti və e-ticarət nəhəngi "Amazon" şirkətinin bu ilin 3-cü rübündəki gəliri keçən ilin eyni dövrünə nisbətən artıb.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, "Alphabet" şirkətinin açıqlamasına görə, şirkətin 3-cü rübdə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 27,8 milyard dollar olub. Şirkət 2016-cı ilin iyul-sentyabr aylarında 22,4 milyard dollar gəlir əldə edib. Bu ilin 3-cü rübündə "Alphabet"in xalis gəliri ötən ilin eyni dövrünə nisbətən 33 faiz artaraq 6,73 milyard dollara çatıb. Ötən ilin 3-cü rübündə isə şirkətin xalis gəliri 5,06 milyard dollar olub.

Bundan başqa, "Alphabet"in tərkibində olan "Google"un reklam gəlirlərinin bu ilin üçüncü rübündə artdığı bildirilib. "Google"un reklam gəliri bu ilin üçüncü rübündə 21,4 faiz artımla 24,06 milyard dollara çatıb. Ötən il bu rəqəm 19,82 milyard dollar olub.

"Microsoft" şirkətinin açıqlamasına görə, şirkətin üçüncü rübdə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz artaraq 24,54 milyard dollara yüksəlib. Ötən il bu göstərici 21,93 milyard dollar olub. Şirkətin bu ilin 3-cü rübündə xalis gəliri isə 16 faiz artaraq 6,58 milyard dollara çatıb. Ötən il bu rəqəm 5,67 milyard dollar təşkil edib.

"Amazon"un açıqlamasına görə, şirkətin üçüncü rübdə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz artaraq 43,7 milyard dollara yüksəlib. Ötən il bu göstərici 32,7 milyard dollar olub. "Amazon"un xalis gəliri 1,6 faiz artaraq 256 milyon dollara çatıb. Ötən il isə bu rəqəm 252 milyon dollar təşkil edib.

Xəbər lenti
0