Məhbus qadın

Azərbaycanda qadınlarla bağlı yüngülləşdirici qərar qəbul olundu

466
(Yenilənib 16:11 28.10.2017)
Onlar indiyədək 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı

BAKI, 28 oktyabr — Sputnik. Cinayət Məcəlləsinin 121-ci maddəsinə (Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) azadlığın məhdudlaşdırılması əlavə edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, 121-ci maddənin sanksiyasında "üç" sözündən əvvəl "üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya" sözləri əlavə edilib.

Təklif olunan mətndə deyilir ki, ananın yeni doğduğu uşağı, doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi – 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mövcud mətndə isə göstərilir ki, ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi – 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, dəyişiklik ötən həftə parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

466
Teqlər:
azadlığın məhdudlaşdırılması, doğuş, maddə, Cinayət Məcəlləsi, ana, qadın, azadlıqdan məhrum etmə, uşaq
Əlaqədar
Quşbazlar cəzalandırıldı
Daha bir əməlin cəzası yüngülləşdirildi
FHN-dən xəbərdarlıq: "Bizimlə pis zarafat edənləri cəza gözləyir"
Kommunal xidmətlərlə bağlı cəzalar sərtləşdirildi
Azərbaycan qanunlarını pozan ərəb cəzalandırıldı