Lotu Quli

"Qanuni oğrular" bir arada - Maraqlı görüntü

806
(Yenilənib 11:34 27.10.2017)
"Qanuni oğrular" "Lotu Quli" ilə görüşdə

BAKI, 27 oktyabr — Sputnik. İki gün öncə azadlığa çıxaraq Türkiyəyə yerləşən "qanuni oğru" Nadir Səlifovun ("Lotu Quli"), yaxın dostlarının əhatəsində olduğu bildirilir. Sputnik Azərbaycan azfakt.com-a istinadən xəbər verir ki, İstanbula gedən kriminal avtoritetə, ona yaxınlığı ilə seçilən "qanuni oğru"lar baş çəkiblər.

Məlumatda qeyd edilir ki, Nadir Səlifovla görüşə gələn "qanuni oğru"lardan biri, Türkiyədə məskunlaşan həmyerlimiz Rafət Əlibayramlinski, digəri isə Avstriyada yaşayan rusiyalı Saşa Kuşner olub. Saytın əldə etdiyi fotoda "Lotu Quli", tanınmış avtoritet olan qardaşı Namiq Səlifovun, "qanuni oğru"lar Rafət Əlibayramlinskinin, Saşa Kuşnerin və ona yaxın olan dostlarının əhatəsindədir.

Xatırladaq ki, "Lotu Quli" həbsxanada 20 ildən çox vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Məhbəsdə olduğu vaxtda uzun illər Gürcüstana ekstradisiyasına nail olmağa çalışıb.

“Qanuni oğrular “Lotu Quli” ilə görüşdə
© Photo : OXU
“Qanuni oğrular" “Lotu Quli” ilə görüşdə

Oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi, vəkilin Nadir Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. Qeyd edək ki, azadlığa çıxdığı gün Nadir Səlifov Gürcüstana getmişdi.

806
Teqlər:
Nadir Səlifov, "Lotu Quli", qanuni oğru, Türkiyə
Əlaqədar
"Lotu Quli"nin barəsində kimsənin bilmədiyi fakt üzə çıxdı
Qaçan məhbuslar "Lotu Quli"nin adamlarıdır?
"Lotu Qulinin adamları" şou-biznesi çökdürmək istəyirmişlər
Lotu Qulinin əleyhdarı Moskvada azərbaycanlı biznesmeni niyə öldürüb?
Biznesmenin diri-diri basdırılmasını Lotu Qulinin "ayağına" necə bağladılar?
KT, arxiv şəkli

"Tibbi ölçü cihazları dövlət yoxlamasından keçməlidir"

3
(Yenilənib 16:38 22.01.2021)
Məqsəd diaqnostikada istifadə olunan klinik-laborator, rentgen aparatları və s.  kimi diaqnostik tibbi cihazların qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyatı və sağlamlığına mənfi təsirinin qarşısını almaqdır.

BAKI, 22 yanvar — Sputnik. Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazları istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövrü yoxlamadan keçirilməlidir. Bunu Sputnik Azərbaycan-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev deyib.

Məqsəd göstərilən səhiyyə xidmətləri zamanı xəstəliklərin diaqnostikasında istifadə olunan klinik-laborator, rentgen aparatları və s. kimi diaqnostik tibbi cihazların qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyatı və sağlamlığına mənfi təsirinin qarşısını almaqdır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti səhiyyə sahəsində xidmət göstərən subyektlərin nəzərinə çatdırır ki, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, səhiyyə sahəsində yalnız üzərində yararlılığına dair yoxlama nişanı və ya yoxlama haqqında şəhadətnaməyə malik tibbi ölçü cihazlarından istifadəyə icazə verilir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, səhiyyə sahəsində ölçmələrin tipi təsdiq edilməmiş və ya yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadəyə görə vəzifəli şəxslər üçün 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər üçün 3000 manatdan 4000 manatadək məbləğdə cərimə olunur. Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində xidmət göstərən subyektlər tibbi ölçü cihazlarını ilkin yoxlamadan və ya dövrü yoxlamadan keçirmək üçün "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsə və ya ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş digər qurumlara müraciət edə bilərlər.

İstehlakçılara tövsiyə olunur ki, səhiyyə xidmətlərindən istifadə edərkən ölçmələrin qeyri-dəqiq nəticələri ilə qarşılaşmamaq üçün tibbi ölçü cihazlarının yararlılığına dair təsdiqedici sənədi tələb etsinlər, yoxlamadan keçməmiş tibbi cihazlarla göstərilən xidmətləri almaqdan çəkinsinlər. Bu kimi hallarla qarşılaşdıqları təqdirdə istehlakçılara İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur (tel: 498-15-01 və 498-15-04).

3
Qida festivalı, arxiv şəkli

Azərbaycanda qastronomiya turizmi çiçəklənəcək: Konsepsiyada nələr var?

3
(Yenilənib 16:37 22.01.2021)
Bir il davam etməsi nəzərdə tutulan layihənin yekununda "Milli dadlar" konsepsiyası ictimaiyyətə təqdim ediləcək.

BAKI, 22 yanvar — Sputnik. Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizdə qastronomiya turizminin inkişafı üçün "Milli dadlar" konsepsiyasının hazırlanması işinə start verilib. Sputnik Azərbaycan-a Agentlikdən verilən məlumata görə, layihənin əsas məqsədi qastronomiya turizminin inkişafına nail olmaq, tarixi milli mətbəx nümunələrinə, onların hazırlanma və təqdim edilmə ənənələrinə yenidən həyat verib, yerli və əcnəbi turistlərə çatdırılmasına dəstək verməkdir.

Azərbaycan Turizm Bürosu unudulmuş və ya unudulmaq təhlükəsi olan milli mətbəximizə məxsus nümunələrin vahid mənbədə toplanması işinə dəstək verilməsi üçün "millidadlar.az" onlayn portalını təqdim edir.

Azərbaycan Turizm Bürosu bu sahədə məlumatlı olan hər kəsi portalda qeyd edilən qısa suallara cavab verməklə ölkəmizin milli mətbəx nümunələrinin, qastronomiya ənənələrimizin qorunub saxlanılması və beynəlxalq tanıdılması işinə dəstək olmağa çağırır.

Bir il davam etməsi nəzərdə tutulan layihənin yekununda "Milli dadlar" konsepsiyası ictimaiyyətə təqdim ediləcək.

Layihə çərçivəsində ölkəmizin zəngin kulinariya potensialının dərin etnoqrafik köklərə malik olması nəzərə alınaraq Bakı-Abşeron, Quba-Qusar, Şəki-Zaqatala, Cənub regionu, Naxçıvan Muxtar Respublikası, Gəncə-Qazax, Qarabağ, Dağlıq Şirvan, Kəlbəcər-Laçın və Aran bölgələrindən olan milli mətbəxə məxsus müxtəlif nümunələr haqqında məlumatlar toplanılıb. Elmi materiallardan və birbaşa yerli əhalidən əldə olunan informasiyalar əsasında Azərbaycan üzrə 900 ədəd nümunə pasportun işlənib hazırlanması nəzərdə tutulur.

Nümunə pasportda qida və inqrediyentin tərkib hissələri və görünüşü kimi məlumatlarla yanaşı, onun mədəni, tarixi, müalicəvi əhəmiyyəti və turizm marketinqi istiqamətində uyğunluğunun qeyd edilməsi nəzərdə tutulub.

3