Baku Bas avtobusu

"BakuBus" gediş haqlarının qaldırılacağı xəbərini təkzib etmir...

237
(Yenilənib 16:09 24.10.2017)
Mansur Piriyev: "Biz, sadəcə sərnişindaşıma fəaliyyətini həyata keçiririk"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 24 oktyabr — Sputnik. Son günlər müzakirəyə səbəb olan məsələlərdən biri də "BakuBus" avtobuslarının gediş haqlarını artıracağı ilə bağlıdır. Buna səbəb isə, 2016-cı ildə "BakuBus"ın 55 milyon manat zərərlə işləməsidir. Bunu nəzərə alan iqtisadçılar bildirirlər ki, yaxın günlərdə "BakuBus" avtobuslarında gediş haqları qaldırıla bilər.

Sputnik Azərbaycan xəbərin nə dərəcədə həqiqətə uyğun olduğunu "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyevdən öyrənib. O bildirib ki, gedişhaqqı ilə bağlı məsələlər "BakuBus"ın səlahiyyətlərinə daxil deyil.

"BakuBus" daşıyıcı şirkətdir və sadəcə sərnişindaşıma fəaliyyətini həyata keçirir. Diqqət yetirsəniz, görərsiniz ki, maliyyə hesabatlarında hər şey ən xırda detallarına qədər təhlil olunub və şəffaf şəkildə öz əksini tapıb. Hesabatı düzgün qiymətləndirmək üçün onun iqtisadi analizini aparmaq lazımdır. Başqa cür yanaşma qeyri-peşəkar yanaşma olar" — Piriyev vurğulayıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ölkə ərazisində ictimai nəqliyyatda gediş haqlarının qaldırılması nə daşıyıcının, nə də başqa qurumun səlahiyyətindədir: "Bu, birbaşa olaraq Tarif Şurasının qərarından asılıdır. O ki qaldı Bakı Nəqliyyat Agentliyinə, belə bir məsələ bizim gündəliyimizdə yoxdur".

237
Teqlər:
"BakuBus" avtobusları, gediş haqları, Mansur Piriyev, Mais Ağayev, Sputnik Azərbaycan, "BakuBus" MMC
Əlaqədar
Bakı-Quba yolunda gediş-gəliş bərpa olunur
Daha bir nəqliyyat növü elektron gediş kartlarına keçir
Əhali ölkədaxili gediş-gəlişlə bağlı yeni seçim etməli olacaq
"Avropaya vizasız gediş-gəliş ilə bağlı danışmaq tezdir"
Qatarlarda gediş-gəliş pulsuz olacaq
Azərbaycan hərbçiləri Kəlbəcərdə, arxiv şəkli

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

9
(Yenilənib 09:51 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

9
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

7
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

7
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi