Meteohəssas insanlara xoş xəbər

© Sputnik / Murad OrujovЛюди на Бакинском приморском парке
Люди на Бакинском приморском парке - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah hava əsasən yağmursuz keçəcək

BAKI, 20 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq.

Загрязненный пылью воздух в Баку, фото из архива - Sputnik Azərbaycan
Gözlənilən hava şəraitindən xəbəriniz olsun

Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 11-15° isti, gündüz 18-22° isti, Bakıda gecə 13-15°, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə: Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.

Xəbər lenti
0