Sürücü

Sürücülərə müraciət edilir

231
(Yenilənib 13:57 20.10.2017)
Rənglənmə işlərinin aparılması ilə əlaqədar olaraq yolda hərəkət məhdudlaşdırılmır

BAKI, 20 oktyabr — Sputnik. "Azəravtoyol" ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün və sabah (20-21 oktyabr) saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 6-71-ci km-lik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

Adı çəkilən ərazidə sürücülərdən sözügedən ərazidə diqqətli olmaları və yol nişalarına uyğun hərəkət etmələri xahiş olunur. Qeyd edək ki, rənglənmə işlərinin aparılması ilə əlaqədar olaraq yolda hərəkət məhdudlaşdırılmır.

231
Teqlər:
rənglənmə, "Azəravtoyol" ASC, yol, sürücü
Əlaqədar
Dövlət qurumu sürücüləri narahat edən məsələyə aydınlıq gətirdi...
Sürücülərin nəzərinə: Sürüşə bilərsiniz!!!
Bu gündən sürücülük vəsiqəsi almağın şərtləri ağırlaşdırılıb
Avtobus sürücüsü işdən qovuldu
Sürücülərin diqqətinə: Bakının bu küçələri bağlanacaq