Bakının mərkəzi küçələrində “balkon”lar sökülür

Bakıda evlərin eyvanları sökülür

874
(Yenilənib 15:04 19.10.2017)
Bakının mərkəzi küçələrində "balkon"lar sökülür

BAKI, 19 oktyabr — Sputnik. Bakının mərkəzi küçələrində çoxmərtəbəli binaların eyvanları ("balkon"lar) sökülür. Sputnik Azərbaycan xəbər verir ki, söküntü işləri paytaxtın Nəsimi və Xətai rayonu ərazisində həyata keçirilir.

Nəsimi Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri İsgəndər Səfərov "Report"a açıqlamasında bildirib ki, köhnə və müddətini başa vurmuş, eləcə də qəzalı vəziyyətdə olan eyvanlar sökülərək yeniləri ilə əvəz olunur. Onun sözlərinə görə, hazırda rayonun Rəşid Behbudov, Səməd Vurğun və Dilarə Əliyeva küçələrinin kəsişməsi, 28 may, Azadlıq prospekti, Nizami küçəsində olan binalarında təmir işləri gedir.

"Heç bir binada eyvanların ləğvindən söhbət getmir. Sadəcə yeniləri tikilir. Çünki eyvanların çoxu betonun altında qalmağına baxmayaraq, istismar müddətini başa vurmuşdu. Söküntü işləri Nazirlər Kabinetinin müvafiq göstərişinə əsasən, tikinti şirkətləri tərəfindən icra olunur" — Səfərov bildirib.

  • Bakının mərkəzi küçələrində “balkon”lar sökülür
    Bakının mərkəzi küçələrində “balkon”lar sökülür
    © Photo : REPORT
  • Bakının mərkəzi küçələrində “balkon”lar sökülür
    Bakının mərkəzi küçələrində “balkon”lar sökülür
    © Photo : REPORT
  • Bakının mərkəzi küçələrində “balkon”lar sökülür
    Bakının mərkəzi küçələrində “balkon”lar sökülür
    © Photo : REPORT
1 / 3
© Photo : REPORT
Bakının mərkəzi küçələrində “balkon”lar sökülür

Xətai Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov da "Report"a deyib ki, son beş ildə rayonun mərkəz küçələrində — Yusif Səfərov, Afiyəddin Cəlilov, Nobel prospektinin giriş hissəsində 20 binanın fasadı əsaslı şəkildə təmir olunub, 470 eyvan yenilənib: "Proses mərhələli şəkildə hələ də davam edir. Çuqundan yeni eyvan qəfəsləri hazırlanır. Qəzalı vəziyyətdə olan eyvanlar tamamilə sökülərək yeniləri ilə əvəz olunur. Təbii ki, bu işlər fasad təmirinin içərisində olur".

P.İmanov vurğulayıb ki, hazırda Afiyyəddin Cəlilov və Mehdi Mehdizadə küçəsində də təmir işləri davam edir: "Ümumilikdə 40 eyvanın təmiri aparılır".

Qeyd olunub ki, ilin sonuna kimi işlərin başa çatdırılması nəzərdə tutulur.

874
Teqlər:
eyvan, icra hakimiyyəti, bina, Bakı
Əlaqədar
Əliyev: “Yaşayış binalarında istilik sayğaclarının quraşdırılması qeyri-mümkündür”
Bakıda inzibati binada yanğın
Bu rayonda çoxmənzilli binalar tanınmaz hala salınıb
Bina çökdü: ölü və yaralılar var
Герб Министерства Обороны Азербайджанской Республики

Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki məhv edildi

5
Azərbaycan Müdafiə Nazirliyi: “Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib”

BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı görülən tədbirlər davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətdə düşmənin hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.

5
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Marketdə reyd, arxiv şəkli

Bakıda birgə reydlərə başlandı

7
(Yenilənib 10:25 30.10.2020)
Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerində aradan qaldırılır, pozuntulara yol verən sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur

BAKI, 30 oktyabr — Sputnik. Son günlər COVID-19-a yoluxanların sayında artım müşahidə olunur. Bunu nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə birgə reydlərin keçirilməsi davam etdirilir.

İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata bildirilir ki, reydlər zamanı yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə vətəndaşlarla qoruyucu maskalardan istifadənin vacibliyi ilə bağlı söhbətlər aparılır, müvafiq izahatlar verilir, ilk növbədə ictimai nəqliyyatda, insanların sıx toplaşdığı məkanlarda, ictimai iaşə və digər obyektlərdə virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyəti yoxlanılır və insanlar arasında sosial məsafənin qorunması məqsədilə izahetmə işləri aparılır. Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerində aradan qaldırılır, pozuntulara yol verən sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur. Paytaxtda koronavirus əleyhinə rejimin, sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcəkdir.

7