Paytaxt sakinlərinə gecə xəbərdarlığı

© Sputnik / Evgeny OdinokovУкладка асфальта, фото из архива
Укладка асфальта, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərdən diqqətli olmaları xahiş olunur

BAKI, 18 oktyabr — Sputnik. Bu gecə paytaxtda, "Ramstore" yol qovşağında rənglənmə işləri aparılacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Yolda nişanlanma xətlərinin yenidən çəkilişi işləri, arxiv şəkli - Sputnik Azərbaycan
Gecə paytaxtın bu ərazisinə yaxın düşməyin

O bildirib ki, "Azəravtoyol" ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri çərçivəsində, bu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospekti, Babək prospekti və Yusif Səfərov küçələrinin kəsişməsində, "Ramstore" yol qovşağında üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən (yol bağlanmadan) mədudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.

Xəbər lenti
0