Bakı Ekspo Mərkəzi

Sumqayıt Texnologiyalar Parkı "WorldBuild Baku 2017"də iştirak edəcək

12
(Yenilənib 00:40 18.10.2017)
Şirkət "Made in Azerbaijan" brendi altında çıxış edəcək

BAKI, 17 oktyabr — Sputnik. "Sumqayıt Texnologiyalar Parkı" MMC oktyabrın 18-21-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş 23-cü Azərbaycan Beynəlxalq İnşaat "WorldBuild Baku 2017" sərgisində iştirak edəcək.

Şirkətin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sərgi STP-yə öz geniş çeşidli portfelini nümayiş etdirmək üçün imkan yaradacaq, məhsullarının keyfiyyətini istehlakçılara bir daha xatırlatmaqda, yeni biznes əlaqələri və təcrübə imkanları qurmaqda kömək edəcək.

Dünyanın 23 ölkəsindən 200-dən artıq şirkət iştirak edəcəyi "WorldBuild Baku 2017"də Sumqayıt Texnologiyalar Parkına aid "Made in Azerbaijan" brendi altında istehsal olunan inşaat materialları, o cümlədən müxtəlif çeşitli kabellər, plastik borular, sendviç panellər, PVC, alüminium profillər və sairə məhsullarının nümunələrini nümayiş etdiriləcək. Həmçinin mütəxəssislərimiz sərgi zamanı ziyarətçiləri maraqlandıran sualları cavablandıracaq, onlara STP-nin istehsal prosesi haqqında təkcə nəzəri deyil, həm də praktik geniş məlumat almaqda kömək edəcəklər.

12