Hava proqnozu açıqlandı

© Sputnik / Murad OrujovЗагрязненный пылью воздух в Баку
Загрязненный пылью воздух в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək

BAKI, 17 oktyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 18-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Xızıya yağan qar - Sputnik Azərbaycan
Qış üzünü göstərdi

Havanın temperaturunun gecə 9-12° isti, gündüz 16-20° isti, Bakıda gecə 10-12°, gündüz 18-20° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Xəbər lenti
0