Maşın yaşlı qadını vurub yolun kənarına tulladı

CC0 / Free-Photos / brokenQəzaya düşmüş avtomobil, arxiv şəkli
Qəzaya düşmüş avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
1945-ci il təvəllüdlü Quba sakini ağır yol qəzası nəticəsində həyati təhlükə ilə üzləşib.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr — Sputnik. 1945-ci il təvəllüdlü Quba sakini ağır yol qəzası nəticəsində həyati təhlükə ilə üzləşib.

Hadisə Bakı-Quba magistralının Quba rayonunun İqrik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün saat 17:30 radələrində baş verib.

Həmin vaxt yolu keçmək istəyən 72 yaşlı Sədaqət İsgəndərovanı maşın vuraraq yolun kənarına atıb.

Ağır xəsarət alan yaşlı qadın Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə xəstənin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti
0