Bakı metropoliteninin stansiyalarından biri, arxiv şəkli

Bakı Metropolitenindən mühüm açıqlama

238
(Yenilənib 13:39 14.10.2017)
Qatarların depoya getməsinin 3 planlaşdırılmış səbəbi var

BAKI, 14 oktyabr — Sputnik. "Bakı Metropoliteni" QSC, sərnişinlərin axşam pik saatda qatarların hansı səbəbdən depoya getməsi ilə bağlı suala cavab verib. Sputnik Azərbaycan-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, axşam və ya qeyri-vaxtlarda qatarların depoya getməsinin 3 planlaşdırılmış səbəbi var.

"Depo istiqamətində "Bakmil" stansiyası var və oraya da sərnişinlər gedib-gəlirlər. Texniki təlimata əsasən, xətdə istifadədə olan qatarlar müəyyən məsafə qət etdikdən sonra mütləq baxış üçün depoya getməlidir və pik saatlarda xətdə 30 cüt qatardan istifadə olunursa, qeyri-pik saatlarda 24 cüt qatardan istifadə olunur. Yəni pik saatlarda xətdə istifadə olunan qatarlar qeyri-pik saatlarda xətdən çıxarılaraq depoya göndərilməlidir" — o bildirib.

Paşayev əlavə edib ki, bu 3 səbəb birləşdirilərək, gün ərzində depo istiqamətinə 63 qatar gedir: "Bunun üçün saytımızda aidiyyatı bölmədə qrafik yerləşdirilib və "Bakmil"ə gedən sərnişinlərin əksəriyyətii bu qrafikdən istifadə edir. Qeyd edim ki, bu, qış qrafikində və iş günləri üçün nəzərdə tutulan qrafikdir. Təbii ki, xətdə hərəkət zamanı nasaz olan qatarın depoya göndərilməsi halları da mövcuddur".

238
Teqlər:
depo, pik saat, Nəsimi Paşayev, sərnişin, "Bakı Metropoliteni" QSC, qatar
Əlaqədar
Bakı metrosunda uzun müddət davam edən təmir işləri başa çatıb
Bıçaqlı şəxs metroda insanlara hücum etdi, ölənlər var
Metroda partlayış oldu, yaralananlar var
London metrosunda partlayış baş verib
Metroda yanğın oldu, sərnişinlər təxliyə edildi
Metroda qatar yandı, sərnişinlər evakuasiya edildi
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

15
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

15
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar