Pult, arxiv şəkli

Azərbaycanda bütün telekanal radioların yayımı dayandırılacaq

4835
(Yenilənib 13:18 13.10.2017)
Prosedur texniki problemlərlə qarşılaşmamaq baxımından zəruridir

BAKI, 13 oktyabr — Sputnik. Oktyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Profilaktika ilə əlaqədar olaraq, telekanal və radiostansiyaların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Prosedur texniki problemlərlə qarşılaşmamaq baxımından zəruridir.

4835
Teqlər:
radiostansiya, efir məkanı, profilaktika, telekanal, Azərbaycan, yayım
Əlaqədar
Cəfərov: “Məişət dili televiziyaya gəlməlidir”
Azərbaycanda daha bir telekanalın rəhbəri işdən çıxarıldı
Prezidentin köməkçisi: "Yaxşı ki, indi o telekanal yoxdur"
Teleseriallara qarşı hiddət: "Camaata kriminalı təbliğ edirlər"
Milli Məclisin binası, arxiv şəkli

Milli Məclis Qarabağ münaqişəsi ilə bağlı videomüraciət yayıb

0
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videotəqdimatda millət vəkilləri və parlament aparatının əməkdaşlarının 22 dildə müraciəti yer alır.

BAKI, 21 oktyabr — Sputnik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə millət vəkillərinin və parlament aparatının Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə videoçarx hazırlanıb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videotəqdimatda millət vəkilləri və parlament aparatının əməkdaşlarının 22 dildə müraciəti yer alır.

Həmin videomüraciəti təqdim edirik:

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi

Azərbaycan Türkiyə birgə daha bir uğura imza atdı

5
TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə "İlin layihəsi" elan olunub.

 

BAKI, 20 oktyabr — Sputnik. Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) layihə idarəçiliyində qazandığı beynəlxalq uğurlara yenisi əlavə edildi. Layihə, proqram və portfel idarəçiliyi üzrə dünyanın ən böyük peşəkar birliklərindən olan, mərkəzi ABŞ-da yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI – Project Management Institute) TANAP-ı "İlin layihəsi" kateqoriyasında layihə idarəçiliyi sahəsində nüfuzlu mükafata layiq gördü. Bu barədə SOCAR-dan Sputnik Azərbaycan-a məlumat verilib. Qeyd olunub ki, Azərbaycan və Türkiyənin ən böyük birgə iqtisadi layihələrindən olan və Cənub Qaz Dəhlizinin əsas seqmentini təşkil edən TANAP qürurverici uğurlara imza atmağa davam edir. Dünya üzrə qəbul olunmuş standartlar, sertifikat proqramları, peşəkar icma fəaliyyətləri, elmi araşdırmalar və kurslar vasitəsilə böyük bir şəbəkə yaradan, layihə, proqram və portfel  idarəçiliyi sahəsində peşəkar standartların inkişafını dəstəkləyən, mərkəzi Amerika Birləşmiş Ştatlarında yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI – Project Management Institute) tərəfindən "İlin layihəsi" kateqoriyasında mükafata layiq görüldü.

TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə "İlin layihəsi" elan olunub. Bu sahədə 50 ildən artıq bir müddətdə fəaliyyət göstərən PMI dünyada müxtəlif sahələr üzrə 2,9 milyon peşəkar üçün texnoloji dəyərlər yaratmaqla yanaşı, layihə idarəçiliyi proseslərində müəyyənləşdirdiyi standartların tətbiqi proseslərində yüksək təşkilati nəticələrə nail olan və cəmiyyətə müsbət təsir göstərən layihələri mükafatlandırır.

 

5