Manat qəfildən bahalaşdı

© Sputnik / Irade JELILМанаты и доллары, фото из архива
Манаты и доллары, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hərracdan əvvəl "qara bazar"da dollar ucuzlaşıb

BAKI, 12 oktyabr — Sputnik. Bu gün, növbəti valyuta hərracı ərəfəsində, "qara bazar"da dollar son bir neçə gündə ilk dəfə ucuzlaşıb. Fins.az-ın səhər saatlarında fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə, dolların alışı 1.7000 manatdan 1.6950 manata, satışı isə 1.7020-1.7030 manatdan 1.7000 manata düşüb. Başqa sözlə, manat dollar qarşısında 0,2-0,3% bahalaşıb.

Dollardan fərqli olaraq "qara bazar"da avronun alış məzənnəsi aşağı düşüb. Avronun alışı 1.98 manatdan 1.97 manata enib, satışı isə 2.00 manat olaraq qalıb.

Xəbər lenti
0