Elektrik fənəri

İşıqlar söndürüləcək, işinizi ehtiyatlı tutun

1617
(Yenilənib 12:05 11.10.2017)
Xırdalanda və Masazırda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

BAKI, 10 oktyabr — Sputnik. 10–12 oktyabr 2017-ci il tarixlərində saat 11.00-dan 15.30-a qədər Xırdalan şəhəri 22, 24, 25, 26, 28, 30-cu məhəllələrdə, kənd Xırdalan və Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, fasiləyə səbəb "Azərenerji" ASC-yə məxsus 110 kV-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləridir. Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.

1617
Teqlər:
"Azərenerji" ASC, Xırdalan şəhəri, Masazır qəsəbəsi, işıq
Əlaqədar
Azərbaycanda tarix boyu elektrik enerjisi olmayan kəndə işıq çəkilib
Yüksək gərginlikli elektrik xəttinə əl uzatdı...
Daha bir elektrik ağacdan yıxılıb
Varvara elektrik stansiyası yenidənqurmadan sonra istifadəyə verildi
İrandan Türkiyəyə elektrik enerjisi nəqli dayandırılıb
Co Bayden, arxiv şəkli

Baydendən qadınlara "yaşıl işıq"

2
(Yenilənib 11:57 30.11.2020)
ABŞ tarixində ilk dəfə Ağ Evin mətbuat və ictimaiyytələ əlaqələr xidməti yalnız qadınlardan ibarət olacaq.

BAKI, 30 noyabr — Sputnik. ABŞ-ın növbəti prezidenti seçilən Co Bayden ölkə tarixində ilk dəfə Ağ Evin mətbuat xidmətinin tamamilə qadınlardan ibarət olacağını bildirib və heyət üzvlərinin adlarını açıqlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadla yaydığı xəbərə görə, Bayden öz açıqlamasında mətbuat xidmətinin üzvlərini "müxtəlif, istedadlı və təcrübəli" şəklində xarakterizə edib.

O, "Amerika xalqı ilə birbaşa və düzgün formada əlaqə qurmaq prezidentin ən vacib vəzifələrindən biridir və bu komandaya Amerika xalqı ilə Ağ Ev arasında əlaqə yaratmaq kimi məsuliyyətli iş həvalə ediləcək", - deyə qeyd edib.

ABŞ-ın yeni prezidenti Co Bayden və vitse-prezidenti Kamala Harris Cen Psakinin Ağ Evin mətbuat katibi təyin olunduğunu bildiriblər. O hazırda mətbuat və ictimaiyyətlə əlaqələr komandasını toplamaqla məşğuldur. Qeyd edək ki, Psaki Obama administrasiyası dövründə də Ağ Evdə ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri və bu sahədə başqa məsul vəzifələrdə işləyib.

Baydenin seçki kampaniyasının rəhbərinə müavinlik edən Keyt Bedinfild isə indi Ağ Evin ictimiyyətlə əlaqələr departamentinin direktoru olacaq. Komandanın qalan bütün üzvləri də qadınlardan ibarətdir.

2
Teqlər:
ABŞ prezidenti, Ağ Ev, Co Bayden
mikrofon

Əfsanəvi duet ortaqları yenidən bir araya gəliblər

6
Musiqisi Cavanşir Quliyev, sözləri Arif Abdullazadəyə aid "Hər şey gözəldir həyatda" adlı musiqi əsəri yenidən aranjeman edilərək geniş auditoriyaya təqdim edilib. Akif İslamzadənin də yer aldığı klip insanların marağına səbəb olub

BAKI, 30 noyabr — Sputnik. Məşhur estrada müğənnisi Akif İslamzadə və Xalq artisti Brilliant Dadaşovanın 35 il sonra yenidən bir araya gəliblər.

Sputnik Azərbaycan xəbər verir ki, musiqisi Cavanşir Quliyev, sözləri Arif Abdullazadəyə aid "Hər şey gözəldir həyatda" adlı musiqi əsəri yenidən aranjeman edilərək geniş auditoriyaya təqdim edilib. Xatırladaq ki, Brilliant Dadaşova üçün özəl xatirəsi olan bu mahnı onun böyük səhnədəki ilk ifalarından sayıla bilər.

Belə ki, hələ 1985-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə çıxan sənətçinin Akif İslamzadə ilə bu dueti Azərbaycanda çox böyük marağa səbəb olub.

6