Manat və dollar

Manatın məzənnəsi dəyişə bilər, hərrac gözlənilir

107
(Yenilənib 12:01 10.10.2017)
Rəsmi məzənnə bəlli olub, banklar qərarlarını açıqlayıb

BAKI, 10 oktyabr — Sputnik. Oktyabrın 10-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi oktyabrın 9-u ilə müqayisədə dəyişməyərək 1,7002 manat olub. Avronun məzənnəsi isə 2.0011 manata qalxıb. Rublun məzənnəsi isə 0,0292 manatda qalıb.

Xatırladaq ki, oktyabrın 9-da rəsmi olaraq 1 dollar 1,7002 manata, 1 avro isə 1.9953 manata, 1 Rubl 0,0292 manata bərabər idi.

Onu da əlavə edək ki, bu gün Mərkəzi Bankda valyuta hərracı keçiriləcək.

Bu arada, banklarda səhər saatlarına olan dolların və avronun alış-satış qiymətləri açıqlanıb. Sputnik Azərbaycan Marja-ya istinadən həmin cədvəli təqdim edir (Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin bankların filiallarında məzənnələr fərqli ola bilər):

Banklarda dolların və avronun bu günə alış-satış qiymətləri
Cədvəl
Banklarda dolların və avronun bu günə alış-satış qiymətləri

107
Teqlər:
alış, satış, rubl, məzənnə, avro, manat, dollar
Əlaqədar
Dolların məzənnəsi rekord həddə çatdı
Dolların məzənnəsi dəqiq yüksələcək
Dolların məzənnəsi qalxdı, yerli valyuta kəskin ucuzlaşdı
"Qara bazar" yenidən fəallaşır, dollar yüksəldi
Dolların rəsmi və qeyri-rəsmi məzənnələri bilindi
Dolların alışı da, satışı da bahalaşdı
Kənd məktəbi, arxiv şəkli

Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək

2
(Yenilənib 08:09 26.11.2020)
Bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

BAKI, 25 noyabr — Sputnik. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

Qanuna əsasən, şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq.

2
Teqlər:
ümumtəhsil məktəbləri, "Təhsil haqqında" Qanun, Prezident İlham Əliyev, məktəb

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

17
(Yenilənib 08:10 26.11.2020)
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

17
Teqlər:
Fövqəladə Hallar Nazirliyi, partlamamış hərbi sursat, minalardan təmizlənmə, ANAMA