Pomidor, arxiv şəkli

İşğal altındakı rayonumuzda pomidor yetişdirən azərbaycanlı kimdir?

2222
(Yenilənib 14:02 10.10.2017)
Kəlbəcər erməni işğalında olmasına baxmayaraq, pomidorların istehsalçısı kimi azərbaycanlı adı qeyd olunub

BAKI, 9 oktyabr — Sputnik. Kəlbəcərdə yetişdirilən pomidorlar Moskvanın iri meyvə-tərəvəz bazarlarında satışa çıxarılıb. Sputnik Azərbaycan Pressnews-a istinadən xəbər verir ki, pomidor barədə məlumat olan kağızda məhsulun Kəlbəcərdə tam təbii üsulla yetişdirildiyi qeyd olunub.

Fermer Zabil Talıbovun istehsal etdiyi pomidorlar
Fermer Zabil Talıbovun istehsal etdiyi pomidorlar

Əsas maraqlı məqam isə ondan ibarətdir ki, Kəlbəcər erməni işğalında olmasına baxmayaraq, pomidorların istehsalçısı kimi azərbaycanlı adı qeyd olunub. Fermerin adı Talıbov Zabil Ocaqverdi oğlu, ünvan kimi isə Azərbaycan Respublikası, Kəlbəcər rayonu göstərilib.

2222
Teqlər:
Kəlbəcər, pomidor, Moskva, Azərbaycan, işğal
Əlaqədar
Rusiya ilə Türkiyə arasında "pomidor razılığı" əldə olundu
Baş nazirə pomidor atdılar
Badımcan əkdi, "pomidor" bitdi
Yarım ton pomidor məhv edildi
Pomidorlara iynə ilə yad maddə vurulur?