Azərbaycan dənizçilərinin İrana səfəri başlayıb

Azərbaycan hərbi dənizçiləri İrana çatıblar

18
Azərbaycan dənizçilərinin İrana səfəri başlayıb

BAKI, 6 oktyabr — Sputnik. Dostluq səfəri çərçivəsində İran İslam Respublikasının Ənzəli limanına gələn Azərbaycan hərbi dənizçilərini İran Hərbi Dəniz Qüvvələrinin nümayəndələri təntənəli şəkildə qarşılayıblar. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

İranın Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının qərargahında baş tutan görüşdə donanma komandanı vitse-admiral Əhmədrza Bağeri Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüşdə Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi və Azərbaycan hərbi dənizçiləri ilə dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi birinci dərəcəli kapitan Sübhan Bəkirov öz növbəsində hərbi dənizçilərimizin İrana ilk dəfə səfər etmələrindən məmnunluq hissini keçirdiklərini və bunun Silahlı Qüvvələrimiz arasında qarşılıqlı inamın və dostluq münasibətlərinin inkişafına xidmət etdiyini bildirib.

Səfər zamanı hərbi dənizçilərimizin bir sıra tədbirlərdə və görüşlərdə iştirakı nəzərdə tutulub.

18
Teqlər:
hərbi dənizçilər, İran İslam Respublikası, Azərbaycan, görüş
Əlaqədar
Hərbi dənizçilərlə görüş olub
İranlı dənizçilər Bakıda
Yoxsul dənizçi oğlu necə parlaq şəxsiyyət oldu?
Miqrantlar Azərbaycan Dövlət Miqrasiya Xidmətinin həyətində, arxiv şəkli

Ayın 15-dək müddəti bitən şəxslərin diqqətinə - XƏBƏRDARLIQ

2
(Yenilənib 20:06 01.06.2020)
Daha ətraflı məlumatı Dövlət Miqrasiya Xidmətinin Facebook, Twitter sosial hesabları və ya fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzindən əldə etməyiniz xahiş olunur.

BAKI, 1 iyun — Sputnik. Dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 15 iyun 2020-ci il tarixinədək uzadılması nəzərə alınmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi olaraq təhlil edilir və təxirəsalınmaz tədbirlər həyata keçirilir.Bu barədə DMX-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin diqqətinə çatdırırıq ki, ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 01 – 15 iyun tarixlərində bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin Azərbaycan Respublikasında olma müddətləri 30 - 60 gün müddətinə (ödənilmiş dövlət rüsumunun məbləğindən asılı olaraq) uzadılacaq.

Həmçinin bu qaydada karantin dövründə əcnəbilərin ölkədə olma müddəti mərhələli şəkildə uzadılmışdır.

Bir daha bildiririk ki, bunun üçün həmin şəxslər Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/payments-search?lang=az) vasitəsilə ödəniş nömrəsini əldə edib, elektron qaydada (Hökumət Ödəniş Portalı, "ASAN ödəniş" sistemi və ya Expresspay terminalları vasitəsi ilə) dövlət rüsumunu ödədikdə (uzadılmış müddətə uyğun olaraq) ölkədə qanuni qala bilərlər.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə həmin şəxslər Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə qərarları əldə edə bilərlər.

Daha ətraflı məlumatı Dövlət Miqrasiya Xidmətinin Facebook, Twitter sosial hesabları və ya fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzindən əldə etməyiniz xahiş olunur.

2
Çaykənd kəndində uşaqlar, arxiv şəkli

Milli Uşaq Strategiyası hazırlanıb

2
(Yenilənib 19:48 01.06.2020)
"Bu, uşaqların gələcək həyatını, təhlükəsiz yaşamasını, azad, sərbəst bütün hüquqlardan istifadəsini təmin edəcək sənəd olacaq” - Bahar Muradova.

BAKI, 1 iyun — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Azərbaycan 2020” İnkişaf Konsepsiyasının 7.4 bəndinin reallaşdırılması istiqamətində Milli Uşaq Strategiyası hazırlanıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə AQUPDK-nın sədri Bahar Muradova deyib.

O bildirib ki, sənəd artıq son mərhələdədir: “Çox güman ki, yaxın müddətdə bu sənəd imzalanacaq. Bu sənədlə Azərbaycan dövlətinin və uşaqların əldə etdiyi nailiyyətlərdən daha geniş perspektivlərə doğru vəzifələri müəyyən edilir. Strategiya çərçivəsində fəaliyyət proqramları üzərində işləyirik".

"Bu, uşaqların gələcək həyatını, təhlükəsiz yaşamasını, azad, sərbəst bütün hüquqlardan istifadəsini təmin edəcək sənəd olacaq”, - deyə B.Muradova bildirib.

2