На Баку обрушился ливень

Güclü yağış Bakının yollarında ciddi problemlər yaratdı

260
(Yenilənib 16:11 05.10.2017)
Daha çox körpülərin altında və yolların çökək hissələrində gölməçələr əmələ gəlib, avtomobillərin və piyadaların hərəkəti çətinləşib

BAKI, 3 oktyabr — Sputnik. Paytaxt Bakıya və Abşeron yarımadasına oktyabrın 2-si səhər saatlarından yağmağa başlayan intensiv yağış ötən gecə də davam edib.

APA-nın məlumatına görə, gecənin müxtəlif saatlarında leysan xarakteri alan yağış yollarda problemlər yaradıb.

Daha çox körpülərin altında və yolların çökək hissələrində gölməçələr əmələ gəlib, avtomobillərin və piyadaların hərəkəti çətinləşib.

Bakıətrafı qəsəbələrdə yağışın fəsadları daha ciddi olub. Xırdalan şəhərində, Rəsulzadə, Maştağa və digər qəsəbələrdə yolları və həyətləri su basıb.

Qeyd edək ki, oktyabrın 3-də də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 5-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və yağışlı hava bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

260
Əlaqədar
Nazirlikdən payız xəbərdarlığı: Şimşək çaxacaq, yağış yağacaq
Xəbəriniz olsun: şimşək çaxacaq, yağış yağacaq
Yağış yağacaq, şimşək çaxacaq: Xəbərdarlıq
Ölkə ərazisindəki faktiki hava: yağış, şimşək, dolu
Sergey Lavrov və Ceyhun Bayramov, arxiv şəkli

Sergey Lavrov Moskvada Ceyhun Bayramovla görüşüb

1
Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

BAKI, 21 oktyabr — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla görüşüb. Sputnik Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirdiyinə görə, məlumatda qeyd olunub ki, 20 və 21 oktyabr tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

"Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib", - deyə məlumatda qeyd olunub.

1
Milli Məclisin binası, arxiv şəkli

Milli Məclis Qarabağ münaqişəsi ilə bağlı videomüraciət yayıb

7
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videotəqdimatda millət vəkilləri və parlament aparatının əməkdaşlarının 22 dildə müraciəti yer alır.

BAKI, 21 oktyabr — Sputnik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə millət vəkillərinin və parlament aparatının Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə videoçarx hazırlanıb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videotəqdimatda millət vəkilləri və parlament aparatının əməkdaşlarının 22 dildə müraciəti yer alır.

Həmin videomüraciəti təqdim edirik:

7
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə