Milli Məclis

Milli Məclis təsdiq etdi

482
(Yenilənib 14:50 02.10.2017)
Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

BAKI, 2 oktyabr — Sputnik. Parlamentin bu gün keçirilən plenar iclasında "Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında" qərar layihəsinə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, işlər planında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında", "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" və "Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanun layihələrinə dəyişikliklərin müzakirəsi yer alıb. Plana İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında, Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan layihələrə, daxili qoşunlar haqqında, Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında, Hesablama Palatası haqqında, Kabel şəbəkəsi yayımı haqqında, Kinematoqrafiya haqqında qanun layihələri daxil edilib.

Bundan başqa, işlər planına ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında, Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında, turizm haqqında, tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında, reproduktiv sağlamlığın qorunması haqqında, psixoloji yardım haqqında və digər qanun layihələri daxil edilib. Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

482
Teqlər:
işlər planı, dövlət büdcəsi, Azərbaycan Respublikası, Milli Məclis, parlament
Əlaqədar
Oqtay Əsədov yaz sessiyasının hesabatını verdi
Milli Məclisin payız sessiyası başlayıb
Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il

Tarixçi: “Son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq”

0
(Yenilənib 00:38 04.12.2020)
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir
Rizvan Hüseynov: “Bu Zəfər Günü də gözlənilən idi”

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, ordumuzun Vətən müharibəsində qələbəsi böyük uğurdur:

“Bu Zəfər Günü də gözlənilən idi. Müstəqilliyimizi qazandıqdan bu yana ən çox gözlədiyimiz bayram günüdür. Hətta deyərdim ki, son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq. Bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir”.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Teqlər:
Qarabağ, tarix, Zəfər Günü, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Xarı bülbül – символ Шуши

Saat 12-də Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

10
(Yenilənib 09:50 04.12.2020)
Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.

BAKI, 4 dekabr - Sputnik. Bu gün saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir. 

10