Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli

Oqtay Əsədov yaz sessiyasının hesabatını verdi

23
"Parlamentin yay sessiyasının 14 iclasında 268 qanun və qərar qəbul edilib"

BAKI, 2 oktyabr — Sputnik. Milli Məclisin payız sessiyasının ilk iclası Azərbaycan dövlət himninin oxunması ilə öz işinə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin spikeri Oqtay Əsədov payız sessiyasının ilk açılış günü münasibəti ilə deputatları təbrik edib.

"Parlamentin yay sessiyasının 14 iclasında 268 qanun və qərar qəbul edilib. Azərbaycan parlamenti 10 beynəlxalq parlament aыsambleyasının üzvüdür. Bizim deputatlar bu qurumlarda aktiv iştirak ediblər. Bu müddət ərzində deputatlarımız 34 xarici səfərdə olublar" — spiker bildirib.

"Eləcə də Azərbaycan parlamentinə 35 xarici səfər gerçəkləşdirilib. Milli Məclisin xətti ilə Bakıda 4 beynəlxalq tədbir keçirilib. Azərbaycan parlamenti dövlət başçısı İlham Əliyevin siyasətini parlament səviyyəsində təmsil və müdafiə edib" — O. Əsədov əlavə edib.

23
Teqlər:
payız sessiyası, spiker, Oqtay Əsədov, Milli Məclis, Azərbaycan, iclas
Əlaqədar
Milli Məclisin payız sessiyası başlayıb
Növbədənkənar sessiyanın son iclası başlayıb
Milli Məclisin payız sessiyasının ilk plenar iclası başladı
Milli Məclisin növbədənkənar xüsusi sessiyasının vaxtı bəlli oldu
Milli Məclisin binası, arxiv şəkli

Milli Məclis Qarabağ münaqişəsi ilə bağlı videomüraciət yayıb

5
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videotəqdimatda millət vəkilləri və parlament aparatının əməkdaşlarının 22 dildə müraciəti yer alır.

BAKI, 21 oktyabr — Sputnik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə millət vəkillərinin və parlament aparatının Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə videoçarx hazırlanıb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videotəqdimatda millət vəkilləri və parlament aparatının əməkdaşlarının 22 dildə müraciəti yer alır.

Həmin videomüraciəti təqdim edirik:

5
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi

Azərbaycan Türkiyə birgə daha bir uğura imza atdı

10
TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə "İlin layihəsi" elan olunub.

 

BAKI, 20 oktyabr — Sputnik. Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) layihə idarəçiliyində qazandığı beynəlxalq uğurlara yenisi əlavə edildi. Layihə, proqram və portfel idarəçiliyi üzrə dünyanın ən böyük peşəkar birliklərindən olan, mərkəzi ABŞ-da yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI – Project Management Institute) TANAP-ı "İlin layihəsi" kateqoriyasında layihə idarəçiliyi sahəsində nüfuzlu mükafata layiq gördü. Bu barədə SOCAR-dan Sputnik Azərbaycan-a məlumat verilib. Qeyd olunub ki, Azərbaycan və Türkiyənin ən böyük birgə iqtisadi layihələrindən olan və Cənub Qaz Dəhlizinin əsas seqmentini təşkil edən TANAP qürurverici uğurlara imza atmağa davam edir. Dünya üzrə qəbul olunmuş standartlar, sertifikat proqramları, peşəkar icma fəaliyyətləri, elmi araşdırmalar və kurslar vasitəsilə böyük bir şəbəkə yaradan, layihə, proqram və portfel  idarəçiliyi sahəsində peşəkar standartların inkişafını dəstəkləyən, mərkəzi Amerika Birləşmiş Ştatlarında yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI – Project Management Institute) tərəfindən "İlin layihəsi" kateqoriyasında mükafata layiq görüldü.

TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə "İlin layihəsi" elan olunub. Bu sahədə 50 ildən artıq bir müddətdə fəaliyyət göstərən PMI dünyada müxtəlif sahələr üzrə 2,9 milyon peşəkar üçün texnoloji dəyərlər yaratmaqla yanaşı, layihə idarəçiliyi proseslərində müəyyənləşdirdiyi standartların tətbiqi proseslərində yüksək təşkilati nəticələrə nail olan və cəmiyyətə müsbət təsir göstərən layihələri mükafatlandırır.

 

10