Lütfi Zadə ilə vida mərasimi

Böyük azərbaycanlı torpağa tapşırıldı

251
(Yenilənib 17:44 29.09.2017)
Lütfi Zadə ilə vida mərasimində Prezident İlham Əliyev də iştirak edib

BAKI, 29 sentyabr — Sputnik. Bu gün, dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə ilə vida mərasimi keçirilib. Sputnik Azərbaycan-ın mərasimdə iştirak edən əməkdaşı xəbər verir ki, onun cənazəsi "Heydər" məscidindən AMEA-nın Əsas binasına gətirilib.

  • Lütfi Zadə ilə vida mərasimi
    Lütfi Zadə ilə vida mərasimi
    © Sputnik / Murad Orujov
  • Lütfi Zadə ilə vida mərasimi
    Lütfi Zadə ilə vida mərasimi
    © Sputnik / Murad Orujov
  • Lütfi Zadə ilə vida mərasimi
    Lütfi Zadə ilə vida mərasimi
    © Sputnik / Murad Orujov
  • Lütfi Zadə ilə vida mərasimi
    Lütfi Zadə ilə vida mərasimi
    © Sputnik / Murad Orujov
1 / 4
© Sputnik / Murad Orujov
Lütfi Zadə ilə vida mərasimi

Mərasimdə Prezident İlham Əliyev, həmçinin dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak ediblər.

Mərasimində iştirak edən təhsil naziri Mikayıl Cabbarov deyib ki, Azərbaycan Lütfi Zadə ilə qürur duyur: "O, öz adını Azərbaycan elm tarixinə yazdırdı. Hazırda Azərbaycanda yeni Lütfi Zadələr yetişməkdədir. Azərbaycan xalqı təhsilin dəyərini çox yaxşı dərk edir".

"Böyük alim Lütfi Zadə elmin inkişafına böyük töhfələr verib". Bunu isə, ABŞ-ın Azərbaycandakı səfiri Rebert Sekuta deyib. O bildirib ki, bəzən riyaziyyat elmi və riyaziyyat elmindəki dəyişikliklər bir qədər mücərrəd görünür.

"Amma həmin irəliləyişlər bu gün bizim müasir həyatımızdakı çox nailiyyətin əldə edilməsinə səbəb olub. Azərbaycanlılar haqlı olaraq, bu görkəmli şəxslə fəxr edirlər. O, Bakıda doğulub, sonra Tehrana gedib, oradan isə ABŞ-a köçüb. ABŞ-da elmin inkişafına çox böyük töhfələr verib" — səfir bildirib.

Vida mərasimindən sonra dahi alimin nəşi Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

251
Teqlər:
vida mərasimi, Kaliforniya Universiteti, dəfn, Lütfi Zadə, dünya şöhrətli azərbaycanlı alim
Əlaqədar
Lütfi Zadənin cənazə namazı qılınıb
Lütfi Zadənin cənazəsi Bakıya gətirildi
Lütfi Zadənin dəfni barədə yeni məlumat
Lütfi Zadə ilə vida mərasiminin yeri və vaxtı məlum oldu
Lütfi Zadənin nəşinın Bakıya yola salınacağı gün bilindi
Lütfi Zadənin dəfni ilə bağlı müəmma
Pəncərənin yanında kişi, arxiv şəkli

"Bilmədiyimiz bir şeydən qorxmağın mənası yoxdur" - Psixiatr

2
(Yenilənib 22:23 10.08.2020)
"Xüsusilə psixi həssaslığınız varsa, internetə, saytlara çox baxmamaq, maarifləndirmə ilə dezinformasiyaya məruz qalmaq arasındakı xətti düzgün çəkmək lazımdır" - Psixiatr

BAKI, 10 avqust — Sputnik. Dünyada koronavirusa yoluxma statistikasında rəqəmlər durmadan dəyişir. Deyə bilərik ki, yoluxma sürəti artan templə irəliləyir. Bəşəriyyəti cənginə alan COVID-19 ərəfəsində Dünya Səhiyyə Təşkilatının verdiyi bəyanat birmənalı qarşılanmayıb. Təşkilatın rəhbərinin "heç vaxt normal həyatımıza qayıda bilməyəcəyik" fikri insanlar arasında böyük təşviş yaradıb.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının assistenti, psixiatr İkram Rüstəmov mediaya açıqlamasında bu bəyanatın doğurduğu narahatlıqlara münasibət bildirib: "Gərək nəzərə alaq ki, bu pandemiya həm də psixi pandemiyadır. Orqanik üzvi təsirdən çox, psixoloji təsiri daha geniş vüsət aldı. Hətta normalda təşviş problemi olmayan insanlar belə təşviş hissi yaşadılar. Belə ki, aktiv media istifadəçisi olmayan insanlar pandemiya xəbərlərinə görə mətbuatı ardıcıl izləməyə başladılar. Bu açıqlama insanların həyəcanını daha çox təsirə məruz qoydu. İnsanlar karantin müddətinin bitməsini ümidlə gözləyirdilər, sosiallaşmağa ac idilər. Birdən-birə belə bir açıqlamanın verilməsi insanlarda təşvişi qat-qat artıraraq daha çox problemlər yaradır. Eyni zamanda qeyri-müəyyənlik təşviş hissini daha pis hala gətirir".

Psixiatr açıqlamasında koronofobiya məsələsinə də toxunub: "Fobiya geniş anlayışdır. Yəni hər şeyə qarşı fobiya ola bilər. Məsələn, qapalı sahə qorxusu, hörümçək qorxusu və s. Bütün bunlar fobiyanın, təşviş hissinin simptomlarıdır. Koronavirus fobiyasını da təşviş pozuntusu adlandıra bilərik. Bütün fobiyalar kimi koronafobiya da psixoloji metodlarla, bəzən müəyyən dərmanlarla müalicə olunandır. Düzgün maariifləndirmə bu təşvişin qarşısını almağa kömək edə bilər.

Şüuraltı faktor ölüm qorxusudur. Təbii ki, bütün psixopatologiyalarda, depressiyalarda əgər yanaşı bir üzvi pozuntu varsa, bu xəstəliyin öldürücülüyü 30-40 faiz artır".

Mütəxəssis reanimasiyada yatan xəstələrin 30 faizdən çoxunda stres pozuntusunun aşkarlanması fonunda postpandemiya dövründə psixi problemlərin artacağı ehtimalına da aydınlıq gətirərək qeyd edib ki, klinik yanaşsaq, bir kəskin stres pozuntusu, bir də posttravmatık stres pozuntusu var: "Bu, həyatımızda ciddi sosial travmadır. Əgər bu xəstəliyi keçirmisinizsə, mütləq psixi fəsadları olacaqdır. Bəzən psixoloji immunitetimizlə buna qalib gələ bilirik. Ancaq posttravmatik stres pozuntusundan sonra bir xəstəlik yaranır və tibbi müdaxilə mütləqdir. Yəni hər xəstəyə individual yanaşılmalıdır".

Gülən adam
© AFP 2020 / Prakash Mathema

İ.Rüstəmov pandemiya böhranı dövründə intiharlarla qarşılaşmamaq üçün ehtiyac duyulan dəstək tədbirlərindən də danışıb: "Bizim sahədə intihar halına təcili yardım məsələsi kimi baxılır. Burada doğru maarifləndirmə və müəyyənlik çox önəmlidir. İnsanı daha çox xaosa sürükləyən şey qeyri-müəyyənlikdir. İnsan başına nə gələcəyini bilməyincə, problemləri dəfələrlə fikirləşdikcə o sferaya yönəlir. Şəxsi kontekstdən baxanda isə ilk növbədə problemli, risk daşıyan insan müəyyən edilməli, əvvəllər özündə, ailə üzvlərində intihar cəhdinin olub-olmaması araşdırılmalıdır. Real duruma uyğun müdaxilə və müalicə tədbirləri vacibdir".

Bu məsələdə fərqli cəmiyyətlərin qoruyuculuq funksiyasının xüsusi önəmindən bəhs edən mütəxəssis qərb cəmiyyətində ailə dəstəyinin çox aşağı olmasını vurğulayıb: "Burada sosial münasibətlər zəifdir, insanlar biri-biriləri üçün daha az fədakar davranışlar göstərirlər. Bizim cəmiyyət isə daha istiqanlıdır, ailəcanlıdır və s. Dini inanclarımızın müsbət təsiri də danılmazdır. Bütün bunları zəruri qoruyucu vasitələr kimi dəyərləndirsək, deyə bilərik ki, bizim cəmiyyətdə intihar riski qat-qat azdır".

Vaxtında yatmağın, maye (adi su) qəbul etməyin sağlamlıq üçün təkcə COVID-19 pandemiyası dövründə deyil, həmişə xüsusi önəm daşıdığını xatırladan həkim-psixiatr psixoloji rahatlıqdan ötrü daim güvənli mənbələrdən məlumat almağı məsləhət görüb: "Hər deyilənə inanmamaq, hər şeyə təşvişli yanaşmamaq faydalıdır. İnsanın həyat standartının bir gedişatı var, biz bu gedişata onsuz da təsir göstərə bilmirik. Bilmədiyimiz bir şeydən qorxmağın isə mənası yoxdur. Hadisələrə adi baxmağı bacarmalıyıq. Daha çox məlumatlanıb özümüzdəki təşviş və gərginliyi artırmağa dəyməz.

Xüsusilə, psixi həssaslığınız varsa, internetə, saytlara çox baxmamaq, maarifləndirmə ilə dezinformasiyaya məruz qalmaq arasındakı xətti düzgün çəkmək lazımdır".

2
Əlaqədar
Ölüm qorxusunun gətirdiyi bəla: Hər şey bitəndən sonra onunla mübarizə başlayacaq
Koronavirus, isti keçən havalar və günvurma – Hər şey qəsdimizə durub
Gördüyümüz görəcəklərimizin yanında "toya getməli" olacaq: Cəmiyyəti ciddi bəla gözləyr
Dilinizə və əməlinizə hakim olun: İndi daha ağır bədəlini ödəyə bilərsiz
COVID dissidentləri – insanlar niyə koronavirusu inkar edirlər
Bollivud ulduzu Əmir Xan, arxiv şəkli

Bollivud ulduzu Türkiyədə

5
(Yenilənib 22:23 10.08.2020)
Pandemiya ilə əlaqədar Hindistanda yarımçıq qalan filmin çəkilişləri Türkiyədə davam etdiriləcək. Bollivud aktyoru çəkiliş komandası ilə bərabər filmin hazırlıq mərhələsinə başlayıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. 1994-cü ildə çəkilən, ABŞ istehsalı olan "Forest Qamp" ("Forrest Gump") filminin hind versiyası olan "Lal Sinqx Çadha" ("Laal Singh Chaddh") filminin çəkilişləri yarımçıq qalıb. Pandemiya ilə əlaqədar Hindistanda yarımçıq qalan filmin çəkilişləri, Türkiyədə davam etdiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, filmin çəkilişlərinin böyük bir hissəsi Türkiyədə aparılacaq. Çəkilişlərlə bağlı Türkiyəyə gələn Bollivud ulduzu Əmir Xanı Adana hava limanında pərəstişkarları qarşılayıblar. Bollivud aktyoru çəkiliş komandası ilə bərabər filmin hazırlıq mərhələsinə başlayıb. "3 Səfeh" filmində yaradıcılıq yolları birləşən Karina Kapul bu filmdə də aktyorun tərəf-müqabili olacaq. Filmin rejissoru Advait Çandandır.

Filmin ilk baxış tarixi 25 dekabr 2020-ci ildə olacaq.

5
Əlaqədar
Azərbaycanda çox sevilən hind aktyoru ailə üzvləri ilə birgə reanimasiyaya yerləşdirildi
“Çocuklar duymasın”ın Haluku: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim
Tramp Bollivud VİDEOsunda - özü paylaşdı
Hind gözəlliyi: Mumbay moda həftəsində parlaq sarilər və kino ulduzları
Məşhur aktyor gizli şəkildə üçüncü dəfə evləndi