Vüqar Qaradağlı

ATV-nin işdən çıxarılmış rəhbəri "üsyan etdi": "Nə istəyirsiniz məndən?"

544
(Yenilənib 14:07 29.09.2017)
"Mən ATV kanalına gedəndə orada nə ştat var idi, nə departament. Bu istiqamətdə və telekanalın proqramlarının müsbət istiqamətə dəyişməsinə çalışdım"

BAKI, 28 sentyabr — Sputnik. Xəbər verdiyimiz kimi, ATV telekanalının prezidenti Vüqar Qaradağlı vəzifəsindən uzaqlaşdırılıb. Onunla bərabər kanalın bir neçə yüksək vəzifəli şəxsi işdən azad edilib.

Sözügedən hadisə ölkənin əsas gündəmini zəbt edib və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Telekanalın keçmiş prezidenti olan Vüqar Qaradağlının əleyhinə müzakirələr açılıb.

Yayılan xəbərlə bağlı Bizimyol.info saytı ATV telekanalının keçmiş prezidenti Vüqar Qaradağlı ilə əlaqə saxlayıb. O, sayta açıqlamasında bir qədər sərt danışıb.

"Nə istəyirsiniz, əl çəkin məndən. Mənim heç kimə pisliyim keçməyib. Kim nə yazır, nə danışır, özü bilsin, Allahı bilsin. Məni narahat etməyin. Vəzifədən gedənin arxasınca danışarlar" — Qaradağlı bildirib.

"Vəzifədən Turan İbrahimova və onun verilişinə görə uzaqlaşdırılmısınız" sualına Vüqar Qaradağlı belə cavab verib: "Mən ömürlük vəzifəmdə qalan deyildim ki! Mən ATV kanalına gedəndə orada nə ştat var idi, nə departament. Bu istiqamətdə və telekanalın proqramlarının müsbət istiqamətə dəyişməsinə çalışdım. Kanalın texniki bazasını düzəltdim, ən müasir texnikalar alınıb".

"İşləmişəm, indi də təsisçilərin qərarı ilə işdən çıxmışam. Burda başqa heç nə axtarmaq lazım deyil. Mən ömür boyu harada işləmişəm, dövlətimə ləyaqətlə xidmət etmişəm" — o vurğulayıb.

544
Teqlər:
Vüqar Qaradağlı, Turan İbrahimov, sayt, ATV telekanalı
Əlaqədar
Mətbuat Şurası ATV əməkdaşlarına fiziki təzyiqlə bağlı prokurorluğa müraciət edib
ATV-nin əməkdaşlarını aparan maşın Qarabağ kanalına düşüb
Teleradio Şurası ATV rəhbərliyinə irad bildirib

Ermənistan ordusunun döyüş texnikaları məhv edilib VİDEO

1
(Yenilənib 23:01 24.10.2020)
Rəşadətli Azərbaycan Ordusu tərəfindən işğalçıların döyüş texnikalarının məhv edilməsi davam etdirilir.

Ermənistan silahlı qüvvələrinin döyüş texnikaları məhv edilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən bildirilib.

Həmin görüntüləri təqdim edirik.

1
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-ın Bakıdakı Səfirliyi terror təhlükəsi haqda xəbərdarlıq edib: Bu otellərdən uzaq olun

66
(Yenilənib 22:35 24.10.2020)
Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

BAKI, 24 oktyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı Səfirliyi, "Abşeron J.W. Marriott" kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib.

Sputnik Azərbaycan səfirliyin rəsmi saytına istinad edərək xəbər verir ki, ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.

Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib:

- Ehtiyatlı və sayıq olun.

- Kütlənin çox olduğu yerlərdən yayının.

- Öz profilinizi büruzə verməyin.

- Ətrafınızdan xəbərdar olun.

- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.

- Yerli mediayanı diqqətdə saxlayın.

Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

66