Mərkəzi Bankdan mühüm açıqlama: Manatın məzənnəsi belə formalaşacaq

© Sputnik / Murad OrujovЦентральный банк Азербайджанской Республики
Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
AMB: Manatın sabitliyi bazarın tarazlı olduğunu göstərir

BAKI, 28 sentyabr — Sputnik. "Manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbəti əsasında formalaşır və milli valyutanın məzənnəsinin mövcud sabitliyi bazarın tarazlı olduğunu göstərir".

Манаты и доллары, фото из архива - Sputnik Azərbaycan
Manat gözlənilməz həddədək bahalaşdı - Son dəqiqə

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. "Tələb və təklif arasındakı nisbətə tədiyə balansının vəziyyəti təsir göstərir. Təbii ki, dünya bazarında neftin qiymətlərinin artmasının Azərbaycanın tədiyyə balansına birbaşa və dolayı müsbət təsirləri vardır" — AMB-dən bildirilib.

"Bu təsirlər müxtəlif dövrlərdə, əsasən orta və uzunmüddətli dövrdə özünü büruzə verir. Lakin neft qiymətləri tədiyə balansına və beləliklə valyuta bazarına təsir edən yeganə amil deyil. İndiyədək olduğu kimi bundan sonra da manatın məzənnəsinin dinamikası valyuta bazarına təsir göstərən bütün amillərin kompleks təsiri ilə formalaşacaq" — deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, AMB bu günə olan USD/AZN rəsmi məzənnəsini 1,7002 səviyyəsində müəyyən edib.

Xəbər lenti
0