Fuad Nağıyev

Azərbaycan turizmində yüksəliş

315
(Yenilənib 12:42 27.09.2017)
"Bakı və ümumiyyətlə Azərbaycanda turistlərin sayı və göstərilən xidmətlərin keyfiyyəti müsbət dinamika göstərib"

BAKI, 27 sentyabr — Sputnik. "2017-ci ilin 9 ayı ərzində ölkə turizmi 23 faiz artıb". Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Ümumdünya Turizm Gününə həsr olunmuş videokörpüdə, Milli Turizm Təbliğat Bürosunun (MTTB) direktoru Fuad Nağıyev belə deyib.

"Bakı və ümumiyyətlə Azərbaycanda turistlərin sayı və göstərilən xidmətlərin keyfiyyəti müsbət dinamika göstərib. Bu, bizim hökumətin gördüyü işlərin nəticəsidir" — o, əlavə edib.

F. Nağıyev onu da bildirib ki, MTTB 2 informasiya portalı yaradıb: www.azerbaijan.travel və www.salambaku.travel

315
Teqlər:
Fuad Nağıyev, MTTB, Milli Turizm Təbliğat Bürosu, artım, turizm
Əlaqədar
İlham Əliyevdən turizmlə bağlı vacib sərəncam
Turizm sektorunda korporativ sosial məsuliyyət layihələri
Ümumdünya Turizm Günü ilə bağlı videokörpü olacaq
"Turizm həftəsi"nə start verildi

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

5
(Yenilənib 09:35 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

5
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

6
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

6
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi