Gizlicə Avropaya qaçmaq istəyən azərbaycanlı mühacirlər yaxalandılar - VİDEO

© AP Photo / Raphael SatterTürkiyədə yük maşınları, arxiv şəkli
Türkiyədə yük maşınları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar Avropaya getmək üçün yük maşınının sürücüsünə külli miqdarda pul ödəyiblər

BAKI, 27 sentyabr — Sputnik. Türkiyə üzərindən qaçaq şəkildə Avropaya getmək istəyən azərbaycanlılar saxlanılıb. Sputnik Azərbaycan "Haberler"-ə istinadən xəbər verir ki, polis Çorum şəhərində şübhəli TIR-ı dayandırıb.

© Photo : tgrthaberTürkiyə üzərindən qaçaq şəkildə Avropaya getmək istəyən mühacirlər
Türkiyə üzərindən qaçaq şəkildə Avropaya getmək istəyən mühacirlər - Sputnik Azərbaycan
Türkiyə üzərindən qaçaq şəkildə Avropaya getmək istəyən mühacirlər

Elə o an sürücü sükanı tərk edərək qaçıb. TIR-ın yük yerini açan polislər, əfqan və azərbaycanlı mühacirlərdən ibarət 200 qaçqını aşağı endirərək, bölməyə aparılıblar.

Daha sonra aydın olub ki, mühacirlər Avropaya getmək üçün yük maşınının sürücüsünə külli miqdarda pul ödəyiblər. Onlar TIR-a Bakı şəhərində miniblər. Məsələ ilə bağlı polisin istintaqı davam edir.


Xəbər lenti
0