Milli Məclis

Erməni deputat: "Anam Bakıdandır buraya gəlmək mənim üçün şansdır"

160
(Yenilənib 13:00 23.09.2017)
Armen Aşotyan: "Belə bir məsələ parlament və ya siyasi gündəlikdə yoxdursa, Azərbaycana gəlmək üçün başqa şans tapmaq çox çətindir"

BAKI, 22 sentyabr — Sputnik. "Sonuncu dəfə Bakıda 1988-ci ilin yanvar ayında olmuşam. Onda 13 yaşım var idi. Bu, Qarabağ münaqişəsinin başlamasından bir ay əvvəl idi. Anam bakılıdır. Şəhəri bir az tanıyıram".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu, Milli Məclisdə "Avronest" Parlament Assambleyasının konfransında iştirak edən, Ermənistanın "Avronest" PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib. O, əvvəllər tətillərini Bakıda keçirdiyini deyib.

"Burada evimiz var idi. Şadam ki, azərbaycanlı həmkarlarım konfransın Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Belə bir məsələ parlament və ya siyasi gündəlikdə yoxdursa, Azərbaycana gəlmək üçün başqa şans tapmaq çox çətindir".

160
Teqlər:
Armen Aşotyan, Ermənistan, Bakı, Qarabağ münaqişəsi
Əlaqədar
Bakıya gələn erməni deputat: "Dağlıq Qarabağ mövzusunu müzakirəyə çıxarmayaq"
Avropada erməni təxribatının qarşısı alınıb
Azərbaycan Avropa İttifaqına çağırış etdi: Qətiyyətli olun
Bakıda "Avronest" Parlament Assambleyasının konfransı keçirilir