Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dövlət qurumu məhkəmənin qərarına sərt reaksiya verdi

© Sputnik / Murad OrujovNazim İbrahimov, arxiv şəkli
Nazim İbrahimov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumrusiya Azərbaycan Konqresinin ləğvi barədə qərarını qüvvədə saxlaması böyük təəssüf hissi doğurur

BAKI, 19 sentyabr — Sputnik. "Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyasının birinci instansiya məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin ləğvi barədə qərarını qüvvədə saxlaması böyük təəssüf hissi doğurur. Ümumrusiya Azərbaycan Konqresi rəhbərliyinin öz hüquqlarını sonadək müdafiə edəcəyinə əminliyimizi bildirməklə yanaşı, xüsusi olaraq vurğulamağı vacib hesab edirik ki, beynəlxalq münasibətlərin son dərəcə həssas və mürəkkəb bir dövründə qəbul olunan bu qərar iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna qətiyyən uyğun deyil". Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirib.

O, qeyd edib ki, Rusiyanın müxtəlif dövlət orqanlarının nümayəndələri ilə ən müxtəlif səviyyələrdə danışıqlar aparılıb, ayrı-ayrı görüşlər zamanı mövzu dəfələrlə müzakirə olunub, Azərbaycan dövlətinin və ictimaiyyətinin məsələyə son dərəcə həssas yanaşması diqqətə çatdırılıb. Apellyasiya Kollegiyasının bütün bunlara baxmayaraq, Konqresin ləğvi barədə qərarı qüvvədə saxlaması ölkələrimizin inkişaf edən münasibətlərinə kölgə salmaqda maraqlı olan qüvvələrin mövcudluğunu bir daha təsdiqləyir. 

Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan
XİN: ÜAK-ın ləğvi barədə qərar iki ölkə arasındakı əlaqələrə ciddi zərbədir

Komitə sədri qeyd edib ki, ötən müddət ərzində ÜAK-ın iki ölkə arasında əlaqələrin möhkəmlənməsi, xalqlarımızı bir-birinə bağlayan mədəni dəyərlərin, tarixi ənənələrin təbliği istiqamətindəki fəaliyyətini nəzərə almadan qəbul olunmuş bu qərar çoxmillətli Rusiyanın milli siyasətinin əsas prinsiplərinə, qədim dostluq münasibətlərinə malik xalqlarımızın qarşılıqlı mənafelərinə cavab vermir: "Azərbaycana qarşı bir sıra xarici dairələr, müxtəlif şəbəkələrin sifarişi əsasında qeyri-şəffaf məqsədlər üçün yaradılmış qurumlar tərəfindən qərəzli iddialar əsasında böhtan kampaniyalarının intensivləşdiyi bir vaxtda strateji tərəfdaş hesab etdiyimiz Rusiyada ən böyük diaspor təşkilatının fəaliyyətinin dayandırılması yalnız acı təəssüf hissi doğura bilər. Yaxın tarix göstərir ki, müəyyən dövrlərdə, xüsusilə Azərbaycan qlobal əhəmiyyətli layihələrə imza atarkən ciddi təzyiqlərə və təhdidlərə məruz qalır, ölkəmizə qarşı təxribat xarakterli addımlar atılır, dünyanın aparıcı güc mərkəzləri ilə münasibətlərin gərginləşdirilməsinə yönəlmiş ssenarilər həyata keçirilir. Bu baxımdan, heç şübhə yoxdur ki, ÜAK-ın ləğvi yalnız iki ölkə arasındakı qarşılıqlı etimadı zəiflətmək, dövlətlərarası münasibətləri zədələmək məqsədi güdən qüvvələrin maraqlarına xidmət edə bilər".

Nazim İbrahimov həmçinin qeyd edir ki, ÜAK-la bağlı qəbul olunmuş qərarın Rusiyada, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı ruhdan salmayacağına, diaspor təşkilatlarının fəaliyyətinin zəifləməsinə səbəb olmayacağına, əksinə həmvətənlərimizi milli-mədəni birlik, xalqlararası dostluq və əməkdaşlıq ideyası ətrafında daha sıx birləşməyə sövq edəcəyinə əmindir. Və ümid edir ki, yuxarı instansiya məhkəməsi Rusiyanın azərbaycanlı vətəndaşlarının ictimai mənafelərini, iki ölkənin qarşılıqlı münasibətlərinin inkişafındakı rolunu, strateji tərəfdaşlıq münasibətlərini, xalqlarımızı birləşdirən çoxəsrlik dostluq ənənələrini nəzərə alaraq, Ümumrusiya Azərbaycan Konqresi haqqında ədalətli qərar qəbul edəcək.

Xəbər lenti
0