Söküntü prosesi

Bakıda nəhəng söküntü-tikinti planına razılıq verildi

1258
(Yenilənib 16:01 20.09.2017)
Baş nazirin müavini birinci mikrorayonunun yenidən qurulması məsələsinə aydınlıq gətirib

BAKI, 19 sentyabr — Sputnik. "Hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakının 1-ci mikrorayonun yenidən qurulması ilə bağlı hazırlıq işləri aparılır. Dövlət məsələ ilə bağlı icazə verib, qərar çıxarıb".

Abid Şərifov
© Photo : APA
Abid Şərifov

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə baş nazirin müavini Abid Şərifov açıqlama verib. O bildirib ki, müvafiq işlər özəl şirkətlər və Fövqəladə Hallar Nazirliyi tərəfindən icra olunacaq və bunun üçün vəsait, özəl şirkətlər tapılmalıdır.

"Bakıda 1-ci mikrorayonun yenidən qurulması eksperiment məsələsi deyil. Burada 20-yə yaxın bina var. Bir binanı sökməklə, məsələ bitmir. Elə bir vəsait toplanmalı və qarantiya olmalıdır ki, bu evlər bir tərəfdən söküləndə, digər tərəfdən tikilsin" — Şərifov əlavə edib.

Baş nazirin müavini bildirib ki, işlər paralel şəkildə həyata keçirilməlidir: "Evləri sökməklə iş bitmir. Sökmək asandır, amma insanları başqa yerdə yerləşdirmək lazımdır. Onların övladları yaxın məktəblərdə oxuduğundan yaxın yerdə yerləşməli, vəsait ödənilməlidir".

1258
Teqlər:
1-ci mikrorayon, Abid Şərifov, vəsait, sakin, tikinti, söküntü, Fövqəladə Hallar Nazirliyi, Bakı, baş nazirin müavini
Əlaqədar
Bakıda qalmaqal: Hökumətin "sökmə" dediyini sökən peyda olub
Bakıda nəhəng söküntü qərarı: icra başçılarına təlimat verilib
Şəhidin heykəlini sökdülər
Bakıda bayraq dirəyinin sökülməsinin əsl səbəbi açıqlandı
Ekspert: “Xruşovka”ların sökülməsi mənzillərin qiymətinə təsir etməyəcək”
Ekspert: “Bakıda söküntü işlərinə “xruşovka”lardan başlamaq lazım deyildi”
"Sovetski"dəki sökülmüş evlərdən xəzinə tapılacaqmı