Azərbaycan Respublikası Vergilər Naziliyi

"Turan"ın bank hesabları açıldı

19
(Yenilənib 16:05 18.09.2017)
Nazirlik "Turan"ın bank hesablarını açıb

BAKI, 18 sentyabr — Sputnik. Vergilər Nazirliyi "Turan" İnformasiya Agentliyinin (İA) bank hesablarını açıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Turan" İnformasiya Agentliyinin özü məlumat yayıb.

Qeyd edək ki, Vergilər Nazirliyi "Turan İnformasiya Agentliyi" MMC-də yoxlama aparıb. Vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədi ilə aparılan səyyar vergi yoxlamasının nəticələrinə əsasən, xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

"Turan İnformasiya Agentliyi" MMC-nin direktoru Mehman Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 11-də isə Prezident İlham Əliyev "Turan" İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılması üçün aidiyyətli orqanlara tapşırıq verib. Həmin gün Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsindəki həbs qətimkan tədbiri dəyişdirilib və M.Əliyev azadlığa buraxılıb.

Sentyabrın 16-da Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə "Turan" İnformasiya Agentliyinə təyin etdiyi 37 min manat məbləğində əlavə vergi sanksiyasını ləğv edib.

19
Teqlər:
"Turan" İnformasiya Agentliyi, bank hesabları, Vergilər Nazirliyi
Əlaqədar
Prezidentin köməkçisi Mehman Əliyevlə Nardaran məhbuslarının niyə azad edildiyini açıqladı
Prezidentin Mehman Əliyevlə bağlı tövsiyyəsi yerinə yetirildi
Mehman Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib
Bərdə rayonunda erməni qüvvələrinin açdıqları atəşin nəticəsi

MN: Tərtər Bərdə atəşə tutulur

4
Cəbhə bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrimizin Ermənistan silahlı qüvvələri tərəfindən ataəşə tutulması davam edir.

BAKI, 24 oktyabr — Sputnik. Tərtər və Bərdə rayonunun ərazilərindəki yaşayış məntəqələrimiz düşmən tərəfindən atəşə tutulur.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

4
Bakı küçələrində dezinfeksiya işləri, arxiv şəkli

Paytaxt bir daha dezinfeksiya edildi

2
BŞİH-dən qeyd olunub ki, qış aylarında yağış yağan zaman isə dezinfeksiya işləri lokal xarakterli olacaq.

BAKI, 24 oktyabr — Sputnik. Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a BŞİH-dən məlumat verilib.

Bildirilib ki, son günlərdə koronavirusa (COVID-19) yoluxanların sayında artımın olması nəzərə alınaraq oktyabr ayının 24 və 25-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazisi üzrə əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti, artıq 15-ci dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. İş həcminin coxluğu nəzərə alınaraq dezinfeksiya tədbirlərinin iki gün ərzində keçirilməsi qərara alınıb.

Şənbə və bazar günləri ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Qeyd olunub ki, qış aylarında yağış yağan zaman isə dezinfeksiya işləri lokal xarakterli olacaq. Geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı pandemiyadan qorumaqdır: "Bu istiqamətdə bütün lazımi tədbirlər həyata keçirilir. Arzumuz budur ki, bu cür tədbirləri işğaldan azad edilən şəhərlərimizdə, o cümlədən Şuşa və Xankəndidə aparaq".

2