Azərbaycanda genişmiqyaslı təlimlər başlayıb

Azərbaycan Ordusunun 15 min əsgəri səfərbər oldu - Video

684
(Yenilənib 14:34 19.09.2017)
Azərbaycanda genişmiqyaslı təlimlər başlayıb

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-dən müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

  • Azərbaycanda genişmiqyaslı təlimlər başlayıb
    Azərbaycanda genişmiqyaslı təlimlər başlayıb
    © AR Ministry of Defense
  • Azərbaycanda genişmiqyaslı təlimlər başlayıb
    Azərbaycanda genişmiqyaslı təlimlər başlayıb
    © AR Ministry of Defense
  • Azərbaycanda genişmiqyaslı təlimlər başlayıb
    Azərbaycanda genişmiqyaslı təlimlər başlayıb
    © AR Ministry of Defense
  • Azərbaycanda genişmiqyaslı təlimlər başlayıb
    Azərbaycanda genişmiqyaslı təlimlər başlayıb
    © AR Ministry of Defense
1 / 4
© AR Ministry of Defense
Azərbaycanda genişmiqyaslı təlimlər başlayıb

Təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub. Təlimlər sentyabrın 22-dək davam edəcək.

684
Teqlər:
hərbi təlim, Azərbaycan Respublikası, əsgər
Mövzu:
Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimləri (13)
Əlaqədar
Ermənistan ordusu işğal altındakı torpaqlarımızda hərbi təlimlərə başlayıb
Azərbaycan hərbçiləri ABŞ ordusu ilə birgə təlimlərə qatılacaqlar
Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi keçirilib
Müdafiə Nazirliyinin rəhbərliyi HHQ Təlim Mərkəzində olub
Bank işçiləri, arxiv şəkli

Azərbaycan banklarında informasiya təhlükəsizliyinə dair qayda təsdiqlənib

4
(Yenilənib 20:14 03.08.2021)
Yeni Qayda banklarda "İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemi"nin formalaşdırılması və təşkili, informasiya mübadiləsinin təhlükəsizliyi, informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi üzrə nəzarət mexanizmləri və sairi ehtiva edir.

BAKI, 3 avqust — Sputnik. Beynəlxalq aləmdə informasiya-kommunikasiya texnologiyaları sahəsində baş verən çağırışların davamlı izlənilməsi və innovativ həllərin bank sferasına çatdırılması Azərbaycan Mərkəzi Bankının (AMB) daim diqqət mərkəzindədir. Sputnik Azəarbaycan xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, beynəlxalq trendlərə uyğun olaraq ölkədə müasir tələblərə cavab verən informasiya texnologiyaları infrastrukturunun qurulması və maliyyə-bank sektorunda təklif olunan rəqəmsal xidmətlərin genişləndirilməsi məlumat mübadiləsində informasiya təhlükəsizliyinin təmin edilməsini, istismarda olan informasiya resurslarının mümkün təhdidlərdən qorunmasını, kibertəhlükəsizlik üzrə ümumi hazırlıq səviyyəsinin yüksəldilməsini və bu sahədə müntəzəm olaraq maarifləndirmə işlərinin aparılmasını vacib edir.

Bu sahədə aparılan tədbirlər nəticəsində, Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO/IEC 2700X standartlarının tələbləri nəzərə alınmaqla, ölkədə fəaliyyət göstərən banklarda informasiya təhlükəsizliyinə dair minimum tələbləri müəyyən edən "Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası" işlənib hazırlanaraq AMB-nin İdarə Heyətinin qərarı ilə təsdiq edilib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib (http://www.e-qanun.az/framework/48025).

İnformasiya təhlükəsizliyi sahəsində yeni Qaydanın tətbiqi üçün banklarda müvafiq informasiya texnologiyaları infrastrukturunun qurulması və informasiya təhlükəsizliyi üzrə biznes proseslərin təşkili üçün siyasət və prosedurlarının hazırlanmasının əhəmiyyətli vaxt tələb edəcəyini nəzərə alaraq adıçəkilən Qaydanın 1 aprel 2022-ci ildən qüvvəyə minməsi və həmin tarixdən etibarən hazırda qüvvədə olan, AMB İdarə Heyətinin 10 dekabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Banklarda informasiya sistemlərinin təhlükəsizliyinə dair Qaydalar"ın ləğv edilməsi qərara alınıb.

Yeni Qayda ISO/IEC 2700X standartlarının tələblərinə uyğun olaraq banklarda "İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemi"nin formalaşdırılması və təşkili, insan resurslarının təhlükəsizliyi, aktivlərin idarə olunması, girişlərə nəzarət, kriptoqrafiya, fiziki və perimetr üzrə təhlükəsizlik, informasiya mübadiləsinin təhlükəsizliyi, informasiya sistemlərinin əldə edilməsi, tətbiqi və dəstəklənməsi zamanı təhlükəsizliyin təmin olunması, kənar təchizatçılarla xidməti münasibətlərdə informasiya təhlükəsizliyinin qorunması, informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi üzrə nəzarət mexanizmləri və bunlara dair tələbləri ehtiva edir.

AMB ölkənin bank sektorunda informasiya təhlükəsizliyinin təmin edilməsini, xüsusilə də mümkün kiber hücumların vaxtında aşkar edilməsini, mənfi təsirlərinin azaldılması və qarşısının alınması üzrə fəaliyyəti daim diqqət mərkəzində saxlayır.

Eləcə də oxuyun:

4
Teqlər:
Bank, Azərbaycan, kiber, kiber hücum, kibertəhlükəsizlik, qayda, qaydalar, yeni qayda
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Azərbaycanda COVID-19: bir sutkada yoluxanların sayı minə yaxınlaşır

2281
(Yenilənib 20:22 03.08.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargah son sutka ərzində Azərbaycanda COVID-19-a yoluxanlarla bu xəstəlikdən sağalanların, eləcə də peyvənd olunanların statistikasını açıqlayıb.

BAKI, 3 avqust - Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb, 225 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 345 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 492 nəfər müalicə olunaraq sağalıb, 5034 nəfər vəfat edib. 7356 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10257, bu günə qədər isə ümumilikdə 4 060 235 test icra olunub.

Avqustun 2-nə Azərbaycanda COVID-lə bağlı durum

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 344 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 267 nəfər müalicə olunaraq sağalıb, 5 030 nəfər vəfat edib. 6 654 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 238, bu günə qədər isə ümumilikdə 4 049 978 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 844 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 195 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 041 622, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 924 126, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 117 496 təşkil edir.

Avqustun 1-nə Azərbaycanda COVID-lə bağlı durum

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 671 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 344 520 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 128 nəfər müalicə olunaraq sağalıb, 5 027 nəfər vəfat edib. 6 365 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 400, bu günə qədər isə ümumilikdə 4 043 740 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 416 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 070 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 040 778, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 923 477, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 117 301 təşkil edir.

Həmçinin oxuyun: 

* Azərbaycanda daha 633 nəfər koronavirusa yoluxub

Koronavirusla bağlı şok iddia: Bu virus 2013-cü ildən mövcuddur

2281
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, Azərbaycan, statistika, yoluxma, ölənlər
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər