Əhali

Azərbaycan əhalisinə təcili xəbərdarlıq edildi

2413
(Yenilənib 16:08 14.09.2017)
Dünəndən növbəti güclü geomaqnit qasırğası başlayıb

BAKI, 13 sentyabr — Sputnik. Dünəndən etibarən növbəti geomaqnit qasırğası başlayıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev APA-ya bildirib ki, hazırda G1 sinfinə malik geomaqnit qasırğası davam edir.

Onun sözlərinə görə, gün ərzində G2 sinifli qasırğa gözlənilir (maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11-ildə 1-2 dəfə baş verir): "Bir neçə gün əvvəl baş vermiş güclü qasırğa isə G4 kateqoriyalı idi. Sabah da geomaqnit həyəcanlaşmasının davam edəcəyi gözlənilir (G1 sinifli geomaqnit qasırğası ilə müşayiət olunacaq)".

"Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 5-dir (maksimum 9 olur). Günəş diskinin görünən səthində 1 aktiv ləkə qrupunda (AR) 11 ləkə müşahidə olunur. 10 sentyabrda əvvəlki güclü geomaqnit qasırğasının "günahkarı" olmuş AR 2673-dan X8.2 rentgen sinifli Günəş alışması generasiya olunub, lakin bu qrup Günəş diskinin arxasında olduğundan, baş vermiş Tac Kütlə Atılmalarının (CME) təsirləri geoeffektiv olmayıb (bilavasitə Yerə doğu yönəlməyib)" — Babayev bildirib.

O, əlavə edib ki, hazırda Günəş plazma küləyinin sürəti 525 km/san-dir və getdikcə artmaqdadır. Cari geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hazırda mövcud olan və orta ölçülü "tac dəliyi"ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir. "Tac dəlikləri"ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir. Hazırda "günahkar" plazma küləyini sürəti 525 km/san-dir və getdikcə artmaqdadır".

E. Babayev vurğulayıb ki, planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi kosmik hava şəraitini daha əlverişsiz edir və "katalizator" rolunu oynayır: "Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır. Direktor müavini vurğulayıb ki, qasırğa yuxarı en dairələrində daha effektiv olur, rəngarəng qütb parıltlarının ("Aurora borealis") şəkilləri yenə də tezliklə mediada yayılacaq. Bizim orta coğrafi en dairələri üçün təsir adətən zəif olur".

"Kosmik hava şəraiti yenə də əlverişsizdir. Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan — xroniki ürək-qan-damar xəstəliklərindən əziyyət çəkənlər, ahıllar, eyni zamanda uşaqlar gərginlikdən qaçmalı, qabaqlayıcı tədbirlər görməlidirlər" — direktor müavini qeyd edib.

2413
Teqlər:
geomaqnit qasırğası, Elçin Babayev, AMEA, günəş
Əlaqədar
Nazirlikdən kəskin hava dəyişikliyi xəbərdarlığı
Diqqət: Payız havası yaxınlaşır
Hava yenə sürpriz edəcək
Hava yenidən dəyişəcək: bu dəfə əks tərəfə
Güclü külək şimal bölgəsində fəsadlar törətdi

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

9
Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

BAKI, 26 iyul — Sputnik. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 27-dən başlayaraq 29-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

Bu barədə FHN-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, xüsusilə, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Həmçinin, güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Təhlükə zamanı 112-yə zəng etməyi unutmayın!

Həmçinin oxuyun:

* Xəzər dənizində hava şəraiti ilə bağlı xəbərdarlıq edildi: Dalğalar 7 metrə çatacaq

 

9
Klinika

Abşeronda kütləvi zəhərlənmə: AQTA araşdırmalara başlayıb

13
(Yenilənib 18:56 26.07.2021)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.

BAKI, 26 iyul — Sputnik. Abşeron rayonunda kütləvi zəhərlənmə olması ilə bağlı məlumat yayılıb. Hadisə zamanı azı 7 uşağın qidadan zəhərləndiyi ehtimal edilir.

Məlumatda bildirilir ki, baş verən hadisə ilə əlaqədar 10 yaşlı A.Kazımov, onun qardaşı Y.Kazımov, qohumları 5 yaşlı E.Bağırov, 6 yaşlı N.Bağırova, 4 yaşlı M.Qasımov, 13 yaşlı G.Qasımova, 15 yaşlı N.Qasımova qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məsələyə münasibət bildirilib. AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Abşeronda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bir neçə gün öncə Oğuzda da bənzər hadisə baş vermişdi, 60-dan çox şəxs zəhərlənmişdi.

13