Yaxın günlərdə Lütfi Zadənin nəşi Bakıya gətiriləcək

© Photo : Facebook / norman.zada.1Çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru Lütfi Zadə
Çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru Lütfi Zadə - Sputnik Azərbaycan
Abunə olmaq
Baş konsul: "Lütfi Zadənin nəşinin Azərbaycana göndərilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir"

BAKI, 13 sentyabr — Sputnik. "Baş Konsulluğumuz görkəmli alim Lütfi Zadənin həyatının son anlarınadək onun səhhəti ilə yaxından maraqlanıb, həm özü, həm oğlu, həm də yanındakı şəxslərlə daim əlaqədə olub".

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Lütfi Zadəni təhqir edən məmur cavabını aldı - Prezident Administrasiyasından

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev deyib. Baş konsul qeyd edib ki, hazırda Lütfi Zadənin arzusuna uyğun olaraq, onun nəşinin Azərbaycana göndərilməsi ilə bağlı sənədləşmə işləri yekunlaşmaq üzrədir: "Ən yaxın günlərdə professorun nəşinin Bakıya göndərilməsi nəzərdə tutulur".

N. Ağayev Lütfi Zadənin vəfatının həm Azərbaycan, həm də dünya elmi üçün böyük itki olduğunu deyib: "Onun elmi kəşfləri və nəzəriyyələri alimə qlobal miqyasda böyük şöhrət qazandırıb. Təsadüfi deyil ki, ABŞ-ın ən tanınmış qəzetlərindən olan "New York Times" alim haqda dərc etdiyi məqaləsində Lütfi Zadənin "qeyri-səlis məntiq" nəzəriyyəsinin linqvistika, iqtisadiyyat və təbabətdən tutmuş məişət cihazlarının inkişafınadək müxtəlif sahələrə böyük təsir göstərdiyini qeyd edib. Hələ həyatda ikən onunla dəfələrlə ünsiyyətdə olmaq xoşbəxtliyinə malik olmuş şəxslərdən biri kimi söyləyə bilərəm ki, Lütfi Zadə nəinki dahi alim, həm də öz təvazökarlığı, sadəliyi və xeyirxahlığı ilə seçilən böyük insan idi".

Baş konsul Lütfi Zadənin həmişə Azərbaycanın uğurları üçün sevindiyini də dilə gətirib: "O, daim söhbətlərimizdə Azərbaycanın bugünkü inkişafı, prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin günü-gündən daha da qüdrətlənməsinin onu bir azərbaycanlı kimi olduqca sevindirdiyini vurğulayırdı. Professor Lütfi Zadə tez-tez "Azərbaycanın mənim qəlbimdə xüsusi yeri var" deyirdi".

"2016-cı ilin sentyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Qızıl Medalının Lütfi Zadəyə təqdim olunması üçün Baş Konsulluğumuz onun işlədiyi Kaliforniya Berkli Universiteti ilə birgə təntənəli tədbir keçirmişdi. Professor Zadə həmin tədbirdə çıxışında Azərbaycan rəhbərliyi tərəfindən ona daim göstərilən diqqəti yüksək qiymətləndirdiyini və Azərbaycanın müstəqil dövlət kimi uğurları ilə fəxr etdiyini bildirmişdi" — Ağayev vurğulayıb.

Xəbər lenti
0