İranın XİN başçısı Rusiyaya gedəcək

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidМинистр иностранных дел Ирана Мохаммад Джавад Зариф во время совместной пресс-конференции по итогам переговоров с министром иностранных дел РФ Сергеем Лавровым
Министр иностранных дел Ирана Мохаммад Джавад Зариф во время совместной пресс-конференции по итогам переговоров с министром иностранных дел РФ Сергеем Лавровым - Sputnik Azərbaycan
Abunə olmaq
Məhəmməd Zərifin Rusiya prezidenti Vladimir Putinlə görüşüb-görüşməyəcəyi haqda hələlik məlumat yoxdur

BAKI, 12 sentyabr — Sputnik. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sabah Rusiyaya səfər edəcək. Sputnik Azərbaycan "Mehr" xəbər agentliyinə istinadən bildirir ki, Zərif Soçi şəhərində rusiyalı rəsmilərlə görüşəcək. İranlı naziri səfər çərçivəsində yüksək səviyyəli nümayəndə heyəti müşayiət edəcək.

Məhəmməd Zərifin Rusiya prezidenti Vladimir Putinlə görüşüb-görüşməyəcəyi haqda hələlik məlumat yoxdur.

Xəbər lenti
0