DTX əməkdaşları

DTX: Terrorçulara qoşulmuş azərbaycanlıların çoxu öldürülüb

272
(Yenilənib 16:16 12.09.2017)
Terrorçulara qoşulmuş 82 soydaşımız cinayət məsuliyyətinə cəlb olunub

BAKI, 12 sentyabr — Sputnik. Bu gün dünyanın müxtəlif yerlərində, indiyə qədər davam edən hərbi-siyasi qarşıdurmaların, terror fəaliyyətinin acı nəticələri, məsafələrdən asılı olmayaraq ölkəmizin də təhlükəsizliyinə təsir göstərir. Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini İlqar Musayev, Ağdam rayonunun Quzanlı qəsəbəsində, "Vətəni müdafiəyə daim hazırıq" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda çıxışı zaman deyib.

O, qeyd edib ki, bunlara xüsusən son illərdə geniş vüsət almış dini radikallaşma meyllərinin güclənməsi, dini pərdə altında terrorçu və ekstremist fəaliyyətin yayılması kimi faktorlar da aiddir: "Təəssüf ki, əksəriyyəti gənclər olan bir qisim Azərbaycan vətəndaşı da radikal və ekstremist təbliğatın təsiri altında, ölkəmizə yaxın olan Suriya və İraqda fəaliyyət göstərən terrorçu təşkilatlara qoşulub. Məlumatlara görə, onların çoxu döyüşlər zamanı öldürülüb".

İ. Musayev vurğulayıb ki, terrorçu təşkilatlara qoşulmuş 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub: "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna əsasən, terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son bir ildə 151 nəfər Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilib".

272
Teqlər:
İlqar Musayev, DTX, Dövlət Təhlükəsizliyi Xidməti, terror
Əlaqədar
DTX-dan vətəndaşlara mühüm çağırış
DTX: 44 kiloqram narkotik tutulub
DTX bankı qarət edən cinayətkar qrupu zərərsizləşdirib
DİN və DTX birgə əməliyyat keçirib
DTX-dan MTN-lə əməkdaşlıq etmiş şəxslərlə bağlı mühüm açıqlama
1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Reabilitasiya Mərkəzində, arxiv şəkli

Sosial reabilitasiya müəssisəsinə qəbul olunanlar arasında xeyli uşaq var

13
(Yenilənib 23:47 02.12.2020)
Sosial reabilitasiya müəssisəsində hazırda 72 sakinə xidmət göstərilir. Onlardan 23-ü qadın, 49 nəfəri isə kişidir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. 2020-ci il noyabr ayı ərzində "Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi"nə 23 sakin qəbul olunub.

Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən daxil olan məlumatda bildirilir.

Orada qurumun son aylardakı fəaliyyəti ilə bağlı qeyd olunur ki, müəssisəyə qəbul edilən 23 nəfərdən 7-si uşaq, 16-ı isə 18 yaşdan yuxarı olanlardır. Qəbul olunan yeni sakinlərin 12-si qadın, 11-i isə kişi cinsinə mənsubdur.

Məlumatda bildirilir ki, hazırda müəssisədə 72 sakinə xidmət göstərilir. Onlardan 23-ü qadın, 49 nəfəri isə kişidir. Sığınacaqda müvəqqəti məskunlaşanların yaş həddinə gəlincə, 72 sakinin 17-si uşaq, 55-i isə 18 yaşdan yuxarı olanlardır. 

13
Kəçəl qadın və uşağı, arxiv şəkli

Xərçəng xəstələrində COVID-19 ən azı iki ay qalır

13
(Yenilənib 23:39 02.12.2020)
Araşdırma zamanı yeni zamanda COVID-19-dan sağalan xərçəng xəstələrində bu xəstəliyə qarşı mübarizəni bildirən antitellərin yaranmadığı da təsdiqini tapıb.

BAKI, 2 dekabr — Sputnik. COVID-19 xərçəng xəstələrində ən azı 2 ay qalır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ABŞ-da COVID-19 olan xərçəng xəstələri üzərində aparılan araşdırmalar nəticəsində xərçəng xəstələri və xərçəngə görə kimyaterapiya müalicəsi alan şəxslərdə COVID-19-un iki aydan çox qaldığı müəyyən edilib. Bu xəstələrin eyni zamanda COVID-19-u yayma müddətinin də digərləri ilə müqayisədə daha uzun çəkdiyi məlum olub.

Bildirilib ki, belə xəstələr 3 həftə və daha çox müddətdə virusu yayma qabiliyyətinə malik olurlar. Bu səbəbdən həmin xəstələrin azı 20 gün sosial həyatdan təcrid olunmaları tövsiyə olunur.

Bundan başqa, tədqiqatlar zamanı COVID-19-dan sağalan xərçəng xəstələrində bu xəstəliyə qarşı mübarizəni bildirən antitellərin yaranmadığı da təsdiqini tapıb.

13
Teqlər:
xərçəng xəstəliyi, xərçəng riski, xərçəng, Xərçəng, Koronavirus, epidemiya, COVID-19