BAKI, 11 sentyabr — Sputnik. Görkəmli azərbaycanlı alim Lütfi Zadənin Bakıda dəfn olunacağı yer məlum olub. Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq.
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən bildirilib ki, Lütfi Zadənin məzarı 3 gün əvvəl qazılıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, Lütfi Zadənin nəşi bu həftə ərzində Bakıya gətiriləcək və onunla dövlət səviyyəsində vida mərasimi təşkil olunacaq.
Qeyd edək ki, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə sentyabrın 6-da ABŞ-da vəfat edib.
BAKI, 16 aprel — Sputnik. Almaniya Kansleri Angela Merkel cümə günü, aprel ayının 16-da "AstraZeneca" peyvəndi ilə vaksinasiya olunacaq. Bu barədə "Welt" nəşri məlumat yayıb.
Qeyd edək ki, Merkel bir qədər bundan əvvəl koronavirus infeksiyasına qarşı "AstraZeneca" preparatı ilə vaksinasiyaya hazır olduğunu, ancaq növbəsini gözlədiyini bildirmişdi.
Kansler bu prosedurun vacibliyini də vurğulayaq bildirib ki, bəşəriyyət yalnız bu yolla pandemiyanın qarşısını ala bilər.
Xatırladaq ki, Avropa Dərman Agentliyi "AstraZeneca"-nın qanda laxtalanmaya səbəb olduğunu rəsmi şəkildə təsdiqləyib. Agentliyin səlahiyyətli nümayəndəsi Marko Kavaleri İtaliya mətbuatına bu barədə açıqlama verib. "Məncə, artıq bunu söyləyə bilərik: açıq-aşkar qan laxtalanması ilə peyvənd arasında əlaqə var", – deyə o bildirib.
Maraqlıdır ki, Avropa Dərman Agentliyinin direktoru Emer Kuk isə bu barədə açıqlama verərək bildirmişdi ki, "AstraZeneca" peyvəndi tamamilə təhlükəsizdir: "Bu, çox effektli və təhlükəsiz peyvənddir. Peyvəndin insanları koronavirusdan qoruması ilə bağlı faydaları ehtimal olunan risklərindən daha çoxdur".
Bir müddət bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Danimarka, İsveç, Almaniya, Fransa və İtaliya sözügedən preparatla vaksinasiya prosesinə ara verib. Daha sonra Danimarka "AstraZeneca"-nın peyvəndinin tətbiqini tamamilə dayandırıb.
BAKI, 15 aprel — Sputnik. ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı addımları Avropadan olan müttəfiqləri ilə koordinasiya edir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "CNN" telekanalı vəziyyətlə tanış olan, adı çəkilməyən mənbəyə istinadən xəbər verir.
"ABŞ Administrasiyası gözlənildiyi kimi, Rusiyaya qarşı tədbirləri qəbul edəcək və avropalı müttəfiqlərlə öz addımlarını koordinasiya edir", - deyə mənbə telekanala bildirib.
Qeyd edək ki, daha əvvəl "Bloomberg" agentliyi vəziyyətlə tanış olan mənbələrinə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar "SolarWinds" vasitəsi ilə seçkilərə müdaxilə və kiberhücumlara görə on Rusiya diplomatını ölkədən qovacaq, həmçinin Rusiyanın 12 vətəndaşı və 20 şirkətinə qarşı sanksiya tətbiq edəcək.
Nəşr mənbəyə istinadən xəbər verir ki, Vaşinqton bu tədbirlərin tətbiqini artıq cümə axşamı elan edə bilər. Mənbə qeyd edir ki, ABŞ-ın sanksiya tətbiq etməyə hazırlaşdığı şəxslər arasında Rusiya hökuməti və kəşfiyyatında vəzifəli şəxslərin də adı var.
Xatırladaq ki, 2020-ci ilin dekabr ayında hakerlər "SolarWinds" kompüter təhlükəsizliyi şirkətinin müştərilərinin elektron məlumatlarına hücum həyata keçirib. ABŞ həmin hücumda Rusiyanı ittiham edib. Vaşinqtonda bildiriblər ki, ABŞ-ın hökumət idarələrinin də məruz qaldığı hücumun məqsədi kəşfiyyat məlumatlarının əldə olunması olub. Lakin hücumun təşkilatçıları "həssas məlumatları" əldə edə bilməyiblər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sözügedən kiberhücumların Moskvaya aidiyyətinin olmadığını bildirib. Rusiya XİN rəsmisi Mariya Zaxarova isə ABŞ-ın Amerika federal idarələrinin elektron məlumatlarına kütləvi haker hücumlarında Rusiyanın əlinin olması ilə bağlı ittihamlarını əsassız adlandırıb.