İldırım çaxması, arxiv şəkli

Nazirlikdən payız xəbərdarlığı: Şimşək çaxacaq, yağış yağacaq

2436
(Yenilənib 21:43 09.09.2017)
Sabaha olan hava proqnozu açıqlandı

BAKI, 9 sentyabr — Sputnik. Sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-31° isti, Bakıda gecə 18-20°, gündüz 28-30° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.

2436
Teqlər:
Bakıda və Abşeron yarımadası, hava proqnozu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan, Bakı
Əlaqədar
Ölkə ərazisindəki faktiki hava: yağış, şimşək, dolu
Nazirlikdən hava xəbərdarlığı: ağciyərləriniz təhlükədədir
Sabahın hava proqnozu: Dənizə gedə bilərsiz
Həftənin son iş günündə hava sakinləri sevindirəcək