Soldiers remove debris from a partly collapsed municipal building after an earthquake in Juchitan, Oaxaca state, Mexico, Friday, Sept. 8, 2017.

Ölkə matəm içində: İlham Əliyev başsağlığı verdi

941
(Yenilənib 10:26 11.09.2017)
Yeraltı təkanlar nəticəsində 61 nəfər ölüb, 1142 məktəbə ziyan dəyib

BAKI, 9 sentyabr — Sputnik. Meksika prezidenti Enrike Penya Nyeto cümə günü zəlzələ nəticəsində həyatını itirmiş insanların xatirəsinə ölkədə üç günlük matəm elan edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, prezident zəlzələdən ən çox ziyan çəkmiş Xuçitan bələdiyyəsinə baxdıqdan sonra matəm elan etmək qərarına gəlib.

Son məlumatlara görə, yeraltı təkanlar nəticəsində 61 nəfər ölüb, 1142 məktəbə ziyan dəyib. Nyeto yaxın vaxtlarda dəymiş ziyan barədə məlumat veriləcəyini qeyd edib.


Azərbaycan prezidenti İlham Əliyev Meksikada güclü zəlzələ nəticəsində insan tələfatı ilə bağlı Meksika Birləşmiş Ştatlarının prezidenti Enrike Penya Nyetoya başsağlığı verib.

Prezidentin saytında yer alan başsağlığı məktubunda deyilir:

"Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanlarıın tezliklə sağalmasını arzulayıram".

Xatırladaq ki, Meksikada sentyabrın 8-ə keçən gecə 8,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.

941
Teqlər:
matəm, zəlzələ, İlham Əliyev, Enrike Penya Nyeto, Meksika
Əlaqədar
Sahildə 8.1 bal gücündə zəlzələ olub
Rəsmi qurumlardan zəlzələ açıqlaması: Tələfat yoxdur