Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev gömrüklə bağlı fərman verdi

1101
(Yenilənib 16:33 08.09.2017)
Prezident gömrük xidmətləri arasında Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb

BAKI, 7 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası — Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında 2017-ci il iyunun 14-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin".

1101
Teqlər:
Federal Gömrük Xidməti, prezident İlham Əliyev, Dövlət Gömrük Komitəsi, Rusiya Federasiyası, fərman, Azərbaycan Respublikası
Əlaqədar
"Baklofen 50 tabletok" qeydi gömrükçüləri hərəkətə keçirdi
"Nokia" və "Samsung"lar gömrükdən buraxılmadı
Gömrük Komitəsi gömrük rüsumlarını niyə artırdığını açıqlayıb
Gömrük rəhbərinin evində axtarış aparılıb
Gömrük Komitəsi quru meyvələrin real qiymətlərinə aydınlıq gətirdi